İran-Pakistan sərhədində qan töküldü, 7 nəfər vəfat etdi
İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında törədilən partlayışlar nəticəsində 7 nəfər həlak olub. TASS agentliyinin yaydığı məlumatda deyilir ki, Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.
Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan rayonu, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat verilmişdi. Daha sonra Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin “terrorçuların sığınacaqları”nı vurmaq olduğunu bildirib.
Mətləb