KÖHNƏ VERSİYA            

Sən şəhid yox, şahid ol... - Yeddinci yazı

Image

Vətən müharibəsi başlayan gün yeganə oğlunu torpaq­la­rımızın müdafiəsi üçün yola salan bir ana dedi ki, biz çox şə­hid vermişik, bala, sən şəhid yox, şahid ol...

Qəhrəman ana, əslində, bu min əhvallı sözlərlə oğluna demək istədi ki, tək ümidim, son əlacım sənsən. Sənsiz zə­lil olaram. Özünü qoru, Vətən uğrunda ölmək yox, öl­dür­mək lazımdır. Ölmək fikri zahiri zəiflikdir, öldürmək əzmi isə böyük bir inamın gerçək vəsfidir. Sən daim bu düşüncədə ol. O zaman ölüm səndən yan keçəcək...

Bu, hərfi mənada da doğru təlqindir. Biz Vətəni canı­mız­dan artıq sevdiyimiz üçün ölümü gözə alır, bunu özü­mü­zə şərəf sayırıq. Yəni (qismən də olsa) ruhən sarsılır, (şəkilcə) inamsızlıq nümayiş etdirdiyimiz üçün də ölümə tuş gəlirik. Lakin Vətən uğrunda döyüşə atılarkən - Mən sə­nin qürurunu sındırmaq üçün gəlirəm, ölüm, - desək, bəl­li ki, itkimiz az olar...

Hər halda, biz (bu və ya digər şəkildə) Vətəni uğrunda ölmək şərəfindən çox uca tuturuq...

Savaş qorxusu yarananda, torpaq uğrunda mübarizə anı yetişəndə biz hər dəfə bir qeyri-bitkin halla da qarşılaşırıq; anaların, ataların əksəri övladlarının həlak olacağını zənn edir. Məsələn, şəhid valideynlərinin əksəri müsahibə ve­rər­kən (bəlkə də heç fərqinə varmırlar, özləri də bilmədən) bir məqama xüsusilə diqqət çəkirlər: - Həyat yoldaşıma dedim ki, həyəti, evi-eşiyi təmiz saxla, müharibəyə oğul yola salmışıq, Allahın işini bilmək olmaz... və s. Yəni övladımız şəhid olar, həyətə axışan insanlar bizi tör-tö­kün­tü­yə görə qınayar...

Anlaşılandır, müharibə dəhşət və fəlakət ocağıdır; onun hamıya rəhmi gəlmir. Çox az sayda insan bu proses zamanı ölüm­dən yayına bilir. Oğlu olan valideynlər də elə bu zə­ru­rətdən çıxış edir...

Zənnimizcə, böyük vüqar hissi ilə müharibəyə oğul yo­la salan valideynlər - Get, oğul, Allahın nəzəri üstündə ol­sun, düşmən qarşısında aciz qalma, onu öldürmədən rahatlıq tapma. Vətən sənə güvənir... - kimi sözlər deməli, öv­lad­larında güclü inam hissi yaratmalıdır. Bu, şübhəsiz, on­ların sağ-salamat geri qayıtmaları üçün bir vəsilə olar. Çün­­ki müqəddəs kitablarda da inam hissinin hər şeydən üs­tün olması barədə tutarlı ayələr var...

...İki övladı Vətən uğrunda şəhid olmuş Nəhayət xanım – o ali­cənab qadın söhbət əsnasında dedi ki, Musa və Tural dö­yüşə bizdən xəbərsiz getdilər. Daha doğrusu, bizimlə gö­rüşmək imkanları olmadı. Yoxsa mən onlara deyəcəkdim ki, ölüm adi haldır, ondan zərrə qədər qorxmayın, Al­lah sizə lütf verib, ölüm üzərində güc sahibisiniz... Düş­məni məzlum günə qoymadan geri qayıtmayın. - Ah çəkdi, barmaqlarını qara hislər sarmış gözlərinə sürtüb əlavə etdi: - Deyə bilmədim ki… Xəbərsiz getdilər, heç bildim ki, əyinləri-başları necədir?! Uzaqdan-uzağa xeyir-dua verdim. Bəlkə də bu dualar onlara çatmadı deyə balalarım şəhid ol­dular... - Yenə ah çəkdi, başını bir-iki dəfə buladı və dedi: - Musa və Turala deyəcəkdim ki, balalarım, biz çox şəhid ver­mişik, siz şəhid yox, şahid olun. Geriyə qazanacağınız qələbənin bayraqdarları kimi dönün...

Külək bayırda ətrafı bir-birinə qatmışdı. Nəhayət xanımın sanki küləyə acığı tutdu, dedi:

- Bu şəhərdə heç vaxt belə külək olmayıb. Külək deyil sanki, ölüm fırtınasıdır...

Qəfildən hiss etdi ki, evdə yad adam var, dedi:

- Bağışla, ay oğul, bəzən nə dediyimi bilmirəm. 

Mən bu ağır ləngərin qarşısında susdum. Elə Nəhayət xa­nım da susdu. 

Külək isə susmadı...  

“Mənim Ruqəyyəm”

Şəhid Musanın hələ doğulmamışdan qızına həsr etdiyi şeir ruhumda bir təlatüm yaratdı. Nəhayət xanım dəftər və­­rəqində qeyd olunmuş şeiri qarşıma qoyanda duyğumun pəri düşdü, qəlbim köhnə dəyirman kimi uğuldadı. Şeirdə hələ ana bətnində olan bir çağaya illər sonra Vətən uğrunda şəhid olacaq bir insanın ata sevgisi, valideyn vüqarı əsas mə­qam kimi diqqət çəkir. 

Musa qızının adını (İmam Hüseynin qızının şərəfinə) Ruqəyyə qoyub. Bu adın mənası in­cə, zərif, tilsim, rəmmalın (rəml atan, zərlə fala baxanın) oxu­duğu əfsun və s. anlamındadır...  

Musadan yadigar qalan “Mənim Ruqəyyəm” adlı şeir be­­lədir:

Yolunu gözləyirəm, tez gəlsin zaman,

O gözəl günlərin həvəsindəyəm.

Keçməsin üstündən bir sazaq, duman,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Necə böyüdüyünü görmək istərəm,

Əlindən tutub yerimək istərəm,

Səninlə sevinci bölmək istərəm,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Dünya kədərindən uzaqdasan sən,

Arzunun şirini səninlə olsun,

Qəlbin çiçək olsun, həyatın gülşən,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Sənin gəlişini sevinc gətirdi,

Kədəri itirib gülüş bitirdi,

Ömürlük həyatda səni bitirdi,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Adını mən qoydum mənim Ruqəyyəm,

Taleyini, bəxtini Allahım yazsın.

Sən mənim ən gözəl hədiyyəm oldun,

Səni çox sevirəm mənim Ruqəyyəm.

Bu şeirdə atanın qızına sevinc hissini necə bildirməsi əsas mövzudur. Musa Dədə Qorqudsayaq “Adını mən qoy­­dum, bəxtini Allah versin” deyir, qızını Tanrıdan ən şi­rin hədiyyə hesab edir. Şeir, bəlkə də, adi vaxtlarda atalıq duy­ğusu içində bişən bir insanın səmimi hissindən ibarət (normal) söz çələngi kimi xarakterizə olunardı. Ancaq indi bu şeir bizə Vətən uğrunda canını fəda edən bir şəhidin, qəhrəman bir oğulun bir neçə il əvvəldən hayqıran po­etik duyğusu kimi təsir verir. İndi bu şeir qızı Ruqəyyənin özünə də həyat bəstəsi kimi gəlir. O, bəlkə də bu şeiri oxu­yanda atasının divarlardan boylanan şəkillərini göz yaş­ları ilə seyr edir, atasızlıq acısında bişir. Sonra da içində bir təpər, bir tab axtarır, şəhid qızı kimi vüqarlanır. 

Bu gün ad günündü, sən özün yoxsan...

24 noyabr 2023-cü il, səhər saat 6:00-dır. Qəfil gələn zəngdən hövlnak ayıldım. Zəng vuran şəxsə cavab verəndən sonra yuxum qanadlarının tozu dağılmış kəpənək kimi uçub getdi. Telefonun vatçap (whatsapp) bölməsini nəzərdən keçirtdim. Nəhayət xanım bir neçə status paylaşmışdı. Elə ilk statusa qulaq asanda dəhşətli bir sualın acı hənirtisi ilə doldum: “Bu gün ad günündü, adına qurban, bəs özün hardasan?...” Şeir o qədər təlatümlü, səs o qədər ya­nıqlı idi ki, hətta ifaçı özü də qəhər içində boğulurdu. Arxa fonda Musa və Tural qardaşlarının nura bükülmüş fotosu əks olunurdu. Bəlli oldu ki, bu gün düşmənə qan udduran tankçı Musanın doğum günüdür. Dərhal içimdə pıçıldadım: “Şəhid adına qurban, qardaş!”... 

İşdə də bu sual məni əməlli-başlı sarsıtdı: “Bu gün ad günündü, özün hardasan?...” Suala cavab vermək qeyri-müm­kündür. Hansı prizmadan söz desən övlad nisgilini da­ğıtmaq çətindir. Təsəvvür edin: stollar naz-nemətlə do­lub-daşır, xatirələr divarlardakı şəkillərlə ünsiyyətdə, ana boy­nubükük, övladlar ah-vayda - hardasan, ata?, - deyib ağ­layır, əslində, şivən qoparırlar. Buna hansı can tə­həm­mül edər? Bu acı mənzərəni gözlər öz ovqatına necə pərçim edə bilər? Çətindir. Çox çətindir. 

Musa və Turalla bağlı digər bir status ümumiyyətlə ada­mı zillətin içində boğur: qəmli musiqi, iç deşən ifa və şə­hid qardaşların məzarları üzərində pərvaz edən şeir canı yüz yerdən nifaqa bükür, parça-parça edir:

Bax şəklimə, atam-anam,

Məzar mənə yaraşırmı?

Ağlar qalıb nazlı sonam,

Məzar mənə yaraşırmı? 

Nəhayət xanımın şeirə, orada səslənən suala verdiyi ca­va­bın özündə də bir yanğı qabarır: “Məzar sizə yaraşmadı...”. 

Əslində, şəhid oğullar cismən məzardadırlar, ruhən əbə­­diyyət fövqündə bərq vururlar. Bu səbəbdən, məzar on­lara yaraşmır. Çünki Vətən üçün etdikləri bir elcə, oba­ca deyil, dünyaca yüksək ənginliklərdə görünür. 

Yadımdadır, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında olarkən iki yaşlı qadın yan-yana düzülmüş qəbirlərin üzərinə gül dəstələri qoyurdu. Onlardan nisbətən daha yaş­lı olan dedi: “Şəhid şəkilləri məzarlara yaraşıq verir”. Doğrudan da çöhrələri nurla dolu oğullar qəbir daşlarında çox yaraşıqlı, çox məğrur görünürlər. Bu, bəlkə də Allahın öz seçimidir; harada gözəl çöhrəli insanlar var, hamısı (ya da əksəri) şəhid olub... Musa və Turalın (da) yaraşığı göz önün­dədir; məzarlarında əks olunan şəkilləri isə daha ya­ra­şıqlı, daha fövqəldir...

(Ardı var)
Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031