KÖHNƏ VERSİYA            

Pandemiyadan sonra dünya iqtisadiyyatı üçün Qırmızı dəniz problemi gəldi...

Image

Koronavirus pandemiyası dönəmində olduğu kimi, yenidən qlobal tədarük zəncirində ciddi fasilələr yaranıb. Yəməndə üsyançı husilərin ticarət gəmilərinə hücumları ona gətirib çıxarıb ki, bir çox iri şirkətlər Qırmızı dəniz vasitəsilə həyati vacib ticarət marşrutundan imtina edir. Bu, aparıcı iqtisadçıların fikrincə, inflyasiyanın artımına gətirib çıxaracaq.

Qeyd edək ki, üsyançı husilər 2023-cü ilin sonlarında raket və PUA-ların köməyi ilə ticarət gəmilərinə hücum etməyə başlayandan sonra ABŞ və Böyük Britaniya bu məsələyə qarışmalı olub: ötən həftə husilərə hərbi zərbələr endirilib. Kembricdəki Kvins kollecin prezidenti və Almaniyanın “Allianz” maliyyə xidmətləri nəhənginin baş iqtisadi müşaviri doktor Məhəmməd Əl-Erianın fikrincə, tədarüklərdə fasilələr COVID-19 pandemiyası dövründəki kimi o qədər ciddi olmasa da, Süveyş kanalında böhran qiymət artımına səbəb olacaq və iqtisadi inkişafa mənfi təsir göstərəcək. Qırmızı dəniz, Bab əl-Məndab boğazı və Süveyş kanalı vasitəsilə dünya ticarətinin təxminən 12-15 faizi həyata keçirilir. Lakin hazırda iri gəmiçilik şirkətləri digər istiqamətlərdən, əsasən Afrikada “Ümid” burnu boyunca marşrutdan istifadə edirlər. Bu isə Cənub-Şərqi Asiya ilə Şimali Avropa arasında yüklərin daşınma müddətini 12 gün artıra bilər. Almaniyanın “Hapag-Lloyd” beynəlxalq gəmiçilik şirkətinin məlumatına görə, Sinqapur və Şərqi Aralıq dənizi arasında istiqamət götürən gəmilər üçün ləngimə 18 gün təşkil edə bilər. Dekabrın 21-də Qırmızı dəniz vasitəsilə öz gəmilərinin hərəkətini dayandıran “Hapag-Lloyd” şirkəti bəyan edib ki, “Ümid” burnu ətrafından keçən gəmilərin marşrutunun dəyişdirilməsinin dəyəri yanacağa əlavə xərclər səbəbindən milyonlarla dollara başa gəlir. Proqnozlara görə, malların qlobal tədarükü Çində fevralın 10-da Çin Yeni ili ilə əlaqədar zavodlar bağlandıqda daha böyük fasilələrlə qarşılaşa bilər. “S&P Global Market Intelligence” analitika şirkətinin məlumatına görə, Avropa, Yaxın Şərq və Şimali Afrikaya idxal olunan məhsulların təxminən 15 faizi Asiya və Fars körfəzindən dəniz yolu ilə gətirilir, bu həcmin 21,5 faizini emal edilmiş neft və 13 faizdən çoxunu xam neft təşkil edir. Qırmızı dəniz mayeləşdirilmiş təbii qaz tədarükündə də mühüm marşrutdur. Bazar ertəsi məlumat yayılıb ki, iri mayeləşdirilmiş təbii qaz ixracatçısı olan “QatarEnergy” Babül-Məndəb boğazı vasitəsilə gəmilərin göndərilməsini dayandırıb. Britaniyanın aparıcı qəzeti olan “Financial Times” artıq husi blokadasını “dünya ticarətinin ən böyük yenidən bölünməsi” adlandırıb. Onu da qeyd edək ki, husilər Qırmızı dənizdə dağıdıcı əməllər görərkən, İran silahlarından yararlanır və Tehranın “dirəniş oxunun” bir hissəsi sayılır. Amma heç də həmişə İranın buyruqlarıyla davranmırlar. Ekspertlər deyir ki, Yəmənin şimalına nəzarət edən husilər Tehranın əsas düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı və Qərbə qarşı sərbəst hərəkət edə bilir. Tehran husilərlə arasında məsafə saxlamaqla özünü Yaxın Şərqdə baş verə biləcək mümkün münaqişəyə sürüklənməkdən qoruyur.

“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə təhlilçisi Ceremi Binninin fikrincə, əsas sual Tehranın husilərə təsirinin nə qədər olmasıdır. Husilər İsraili raket zərbələri ilə hədəfə alandan, eyni zamanda önəmli qlobal təchizat yolunda - Qırmızı dənizdə gəmilərə aramsız hücum etməyə başlayandan bəri bu sual daha da aktuallaşıb. Binninin sözlərinə görə, bir çoxları husiləri bəlli dərəcədə müstəqil və çox döyüşkən sayır və onların iranlıların istədiyindən daha çox şey edə biləcəyini düşünür. Başqa bir baxış ondan ibarətdir ki, Tehranın husilərə verdiyi müasir silahlardan istifadə üçün iranlı personala ehtiyacı olduğu hesaba qatılsa, İran həmin silahlardan nə zaman və necə istifadə ediləcəyi ilə bağlı ciddi söz sahibi olmalıdır. Husilərin geniş silah arsenalına dəniz və hava dronları, uzunmənzilli raketlər, eləcə də bu yaxınlarda üzə çıxan gəmi əleyhinə raketlər daxildir. Husilər Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həmin silahlardan yararlanıblar. Husilər işlətdikləri silahların öz istehsalları olduğunu iddia ediblər. Tehran da onları silahla təchiz etdiyini danır. Ancaq Yəmənə doğru hərəkət edərkən, yolda ələ keçirilən qəliz silahların üzərində aşkarlanan İran istehsalı olan hissələr bunun əksini göstərir. Binni deyir ki, husilər elə də mürəkkəb sayılmayan silahlar, məsələn, raket istehsal etsələr də, onların daha müasir silahlarının İrandan gəldiyinə, demək olar, şübhə yoxdur. Onun sözlərinə görə, bəzi hallarda İran silahları ilk dəfə Yəməndə görülür: “İran baxımından, Yəməndə müttəfiqi olması çox əladır, axı onlara raket və dronlarını verə bilərsən və birdən-birə səudiyyəlilər də cənubdan təhlükə ilə üzləşərlər. Səudiyyəlilər buna görə hava müdafiə resurslarının xeyli hissəsini cənuba daşımalıdırlar. Bu da İrana tuşlanan hava müdafiə resurslarının azalması deməkdir. Üstəlik, sənin dünyanın əsas dəniz keçid məntəqələrindən birini təhdid etməyə qadir olan müttəfiqin olur. Husilər İran Hörmüz körfəzini bağlamaqla təhdid etdiyi halda, Qırmızı dənizin cənubunda - Bab əl-Məndab boğazında nəyə qadir olduqlarını göstərirlər. Bu İranın, gərəkərsə, dünyanı basqı altına almaq imkanını artırır”. Bu məsələdə risqlərdən biri budur ki, Yaxın Şəqdəki münaqişə böyüyüb bütün bölgəni əhatə edəcəyi təqdirdə İranın husilərə dəstəyi Tehranı birbaşa bu münaqişəyə sürükləyə bilər. İndilikdə isə məlum olan odur ki,  Qırmızı dənizdə gəmilərin hərəkətinin dayandırılması hələ uzun müddət davam edə bilər. Bununla da dünya iqtisadiyyatına miyardlarla dollar ziyan dəyir. Danimarkanın gəmiçilik və logistika korporasiyasının rəhbəri Vinsent Klerk bildirib ki, gələcəkdə gəmilərin Qırmızı dənizdən keçidinə nail oluna biləcəyi hələlik bəlli deyil: “Bu, potensial olaraq qlobal artım üçün kifayət qədər əhəmiyyətli nəticələrə səbəb ola bilər”. Yuxarıda qeyd edildiyi kimi, dekabrın ortalarından şirkətlər Qırmızı dəniz vasitəsilə bütün yüklərin daşınmasını müvəqqəti dayandırmaq qərarına gəlib. Buna səbəb husilərin gəmilərə hücumudur. İndi konteyner gəmiləri “Ümid” burnundan keçən marşrutla getməyə məcburdur. Nəticədə məsafə təxminən 13 min km uzanıb və bu, yanacaq xərclərinin 50 faiz artımına səbəb olub. Bu da öz növbəsində daşınma xərclərinə təsir edib. Bir konteynerin qiyməti isə yüzlərlə dollar artıb.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031