Yeni qanun layihəsi hazırlanacaq - "Hərbi qulluqçuların statusu haqqında"
"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanacaq. Trend xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə layihəni hazırlamalıdır.