"İsrailin erməni genosidini alver predmeti etməsinə imkan vermərik"- ABŞ ermənisi...
ABŞ- da çıxan Kaliforniyan kuryer" qəzetinin baş redaktoru Arut Sasunyan İsrailin XİN başçısı İsrael Xatsa cavab verib.Yazdığı məqalədə son həftələrin kəskin bir ritorikasına müraciət edir.Məlumat üçün deyək ki, Ərdoğan İsraili " genosid törətməkdə, faşist siyasət aparmaqda ittiham edəndən sonra İsrail XİN Xats bəyanat vermişdi:" Ərdoğan tarixində erməni genosidi törətmiş dövləti təmsil edir."..Sasunyan yazır ki, İsrail erməni genosidini tanısa da, biz onun Azərbaycana hərbi dəstəyinin ağır nəticələrini heç vaxt unutmayacağıq,genosid mövzusunu alver predmetinə çevirməyə imkan vermərik"...
İsrail naziri bunu əvvəldən nəzərə almalı idi.Bilməli idi ki, tək Ərdoğana yox, bütün türk dünyasına qarşı çevrilmiş o fikrin ancaq ziyanları ola bilər.Axı ermənilər qondarma genosidə görə bütün türk dünyasını ittiham edirlər.Həm də Osmanlı həqiqətən genosid törədən dövlət olsaydı, nə üçün osmanlıdan ayrılmaq üçün ingilis kəşfiyatına satılmış ərəbləri yox, Teodor Hersl adlı təxribatçının Türkiyəni parçalamaq planlarına görə yəhudiləri yox, məhz erməniləri genosid etdi? Bunlar kifayət edən məntiqli arqumentlər deyilmi?...
İsrsilin indiki baş naziri Natenyahu hələ 1989- cu ildə İsrailin xarici işlər naziri olanda bu sözləri deməmişdimi?- " Elə mövzular var ki, onunla siyasətçilər və diplomatlar məşqul olmalı deyil.Erməni genosidi bu məsələlərdəndir"
Ermənini də , öz baş nazirinizi də yaxşı tanıyın, cənab Xats...Erməni elə ermınidir, dəyişməz...
Nahid Salayev