Ukrayna müharibəsinə getməmək üçün Berlin boğazından amerikaya üzüb keçdilər...
İki rusiyalı vətəndaş barədə film kimi xəbər yayılıb. Belə ki, 2022-ci ilin sentyabrında Rusiyada ilk səfərbərlik dalğası baş verən zaman Çukotkanın Eqvekinot kəndinin iki sakini Maksim Teyunaut və Sergey Neçayev Ukraynaya müharibəyə göndərilməmək üçün ölkədən qaçmaq qərarına gəliblər. Son pulları ilə benzin alıb, Berinq boğazını keçərək Amerika Alyaskasına qayıqla getdilər, sonra isə ABŞ-dan siyasi sığınacaq istədilər.
Maksim və Sergeyin hekayəsi “Azadlıq” radiosunun jurnalisti Yuliya Vişnevetskayanın “Çukotka - Vaşinqton. Qaçış hekayəsi” filmində danışılır.
Mətləb Salahov