Şolz Baydenlə məsləhətləşdi, Ukraynaya 7 milyard avro yardım ayırdı...
Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərbin dəstəyinin zəifləməsi barədə giley-güzarlarından sonra bu dəfə sevindirici xəbər Berlindən gəlib. Belə ki, Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox vəsait ayıracaq. Bu qərarı Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Co Baydenlə söhbətindən sonra verib. Bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.
Şolzun Baydenlə söhbəti yanvarın 16-da baş tutub və bu zaman tərəflər Kiyevə yardımı davam etdirmək qərarına gəliblər.
Mətləb Salahov