Britni 43 milyonluq instaqram səhifəsini də sildi...
Bir neçə gün əvvəl musiqi karyerasını bitirdiyini açıqlayan məşhur müğənni Britni Spirs instaqram səhifəsini silib. Onun 43 milyon izləyicisi olan hesabını silməsi mediada və sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Britni uzun məhkəmə çəkişmələrindən sonra ailəsi ilə münasibətləri bərpa etməklə məşğuldur. Ulduz illərdir ünsiyyətdə olmadığı anası və qardaşı ilə artıq barışıb, lakin atasını hələ də bağışlamayıb.
Mətləb