Napoleonun imzalı sənədləri satılacaq - qiymətləri də açıqlandı...
Fransa imperatoru Napoleon Bonapartın imzaladığı sənədlər yanvarın 25-də hərraca çıxarılacaq. Bu barədə "Litfond" hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Lotlardan biri italyanların orduya səfərbər edilməsi ilə bağlı Napoleonun 2 aprel 1813-cü ildə Yelisey sarayında imzaladığı fərmandır. Sənədin həqiqiliyi "İnternational Autograph Auctions Europe S.L." sertifikatı ilə təsdiqlənir. Hərracda onun başlanğıc qiyməti isə 5400 manat olacaq.
İkinci sənəd fransız ticarət gəmisinin kapitanına verilmiş və həmin ildə imperator tərəfindən imzalanmış lisenziya idi. Bu lisenziya üçün də başlanğıc qiyməti eyni olacaq.
Mətləb