İran Pakistanı da vurdu...
İran Pakistanda yerləşən Bəlucistan Azadlıq Ordusu milislərinin düşərgələrinə irimiqyaslı raket hücumu həyata keçirib.
İran Milli Təhlükəsizlik Şurasına yaxın olan “Nour News” telekanalı İranın “Ceyşul Adl” adlı qruplaşmanın Pakistandakı iki bazasına raket və İHA-larla hücum təşkil etdiyini açıqlayıb.
“Ceyşul Adl”-a aid 2 qərargahın hədəf alındığı bildirilən xəbərdə daha sonra bildirilir: “Bu qərargahlar raketlər və İHA-larla məhv edilib. Dünən gecə isə Şimali İraqdakı MOSSAD casusluq mərkəzləri və Suriyadakı İŞİD qərargahı İran tərəfindən raketlərlə hədəfə alınıb”.
Hücumla bağlı Pakistandan hələlik heç bir açıqlama verilməyib.
İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyaləti son illərdə “bölgədə sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edən və İran tərəfindən “terrorçu” sayılan Ceyşul Adl-ın hücumlarına məruz qalır. “Ceyşul Adl” adlı təşkilatın 2023-cü ilin dekabrında Sistan-Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə həyata keçirdiyi hücumda 11 mühafizəçi həlak olmuşdu.
TAHİR