"Sədərək” postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edildi
Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından İran İslam Respublikasına gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin xəbərində deyilir. Xəbərə görə, müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.