KÖHNƏ VERSİYA            

ABŞ-İsrail-İran üçbucağında hərbi toqquşmalar başladı...

Image

Yaxın Şərqdə hadisələrin inkişaf axarı getdikcə daha təhlükəli xarakter almağa başlayır. ABŞ-İsrail-İran üçbucağında gərginlik daha çox hərbi zərbələrlə müşayiət olunur.

Məhz belə bir vaxtda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib. Amerikanın ABC News telekanalı bildirir ki, Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib. Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, kəşfiyyat qərargahlarına və anti-İran qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib. ABŞ Dövlət Departamenti artıq məsələyə reaksiya verib. Bildirilir ki, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri pisləyir: “Biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq”. Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar İraq hökumətini və İraq Kürdüstan Regional Hökumətini ölkə xalqının istəklərini yerinə yetirmək səylərində dəstəkləyir.  Məlumata görə, ümumilikdə səkkiz obyektə hücum edilib. ABŞ ordusu və koalisiya qüvvələri arasında xəsarət alanlar yoxdur. Bəzi məlumatlara görə, ölənlər kürd iş adamı, milyarder Peşrav Ceyi və onun ailə üzvləridir. Biznesmenin evinə raket düşüb. Kürdüstanda regional hakimiyyətə yaxın nüfuzlu iş adamı olan Peşrav Zeyinin “Mossad”la əlaqəsi olub. O, “Empire” və “Falcon Group” kimi böyük şirkətlərin sahibi idi. Bundan əlavə, kürd kəşfiyyatının yüksəkrütbəli məmurunun evi, eləcə də kürd kəşfiyyat mərkəzi raket hücumuna məruz qalıb. Koalisiya qüvvələri isə Ərbil beynəlxalq hava limanı yaxınlığında üç pilotsuz uçuş aparatını vurublar. Bundan sonra bombardman dayanıb. İraq Kürdüstanı Regional hökumətinin baş naziri Məsrur Bərzani bildirib ki, SEPAH-ın hücumlarının heç bir əsası yoxdur. O, bu hücumları İraq və Kürdüstan bölgəsinin suverenliyinin açıq şəkildə pozulması hesab edərək, Bağdaddakı federal hökumətdən buna qarşı mövqe nümayiş etdirməsini istəyib: “Kürdüstan bölgəsinin beynəlxalq aləmdəki müttəfiqləri İnqilab Keşikçiləri Korpusunun hərəkətlərinə səssiz qalmamalıdır”.

Bütün bunlar ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu fonunda baş verir. Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıblar. Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endirib. Bunun ardınca  Yəmən husiləri Qırmızı dənizdə ABŞ-a məxsus “M/V Gibraltar Eagle” yük gəmisinə gəmi əleyhinə ballistik raket atıb.  ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə, qırıcı təyyarə raketi liman şəhəri Hodey sahilləri yaxınlığında vurub.  Qeyd edək ki, İsrail və HƏMAS arasında oktyabrın 7-də müharibənin başlamasından sonra İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlarını artırıb. Yəməndə İranın dəstəklədiyi husilər bir neçə hərbi və ticarət gəmisinə ballistik raketlər və dronlarla hücum edib. ABŞ regionda Amerika qüvvələrinə dron və raket hücumlarını dayandırmaq üçün İrana qarşı çəkindirmə səylərinin effektiv olduğunu bildirir. Amma İranın dəstəklədiyi proksi qüvvələr quruda Amerika qüvvələrinə hücum edərkən, Yəməndə husi militantları ABŞ hərbi və ticarət gəmilərinə dənizdə raket zərbələri endirir. İstefada olan amerikalı kontr-admiral Mark Montqomeri qeyd edir: “Bunlar son nəticədə dənizdə ölümlərə, daşıma məhdudiyyətlərinə, sığorta və daşıma tariflərinin artmasına gətirib çıxaracaq və qlobal iqtisadiyyata təsir göstərəcək”. O hesab edi rki, ABŞ-ın hərbi cavabları artdıqca İranla müharibə ehtimalı da yüksəlir: “ABŞ qüvvələri ölümlə nəticələnən ciddi hücuma məruz qalarsa, ABŞ çox ağır cavab verməli olacaq. Bu sərt cavab əslində onların narahat olduqları gərginliyin artmasına səbəb olacaq”. Artıq rəsmi Vaşinqtonla Təl-Əvivin Suriya və İraqda İran hərbi bazalarına hücumunu Tehrana xəbərdarlıq kimi də qiymətləndirmək mümkündür. ABŞ prezidenti Cozef Baydenin ölkəsinin son zamanlar İranın bazalarına hücumla əlaqədar Konqresə ünvanlandığı məktubda bildirib ki, Birləşmiş Ştatlar gələcək təhdid və ya hücumlara cavab olaraq lazım gələrsə, əlavə və müvafiq tədbirlər görməyə hazırdır. O, məktubunda yazıb ki, bu zərbələrin məqsədi ABŞ və tərəfdaşlarına qarşı davam edən silsilə hücumları azaltmaq, pozmaq, Tehranı və İranın dəstəklədiyi silahlı qrupları şəxsi heyətə, ABŞ obyektlərinə hücumlar həyata keçirməkdən və ya dəstəkləməkdən çəkindirməkdir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031