KÖHNƏ VERSİYA            

Tranzit daşımalarından ölkəmizə yeni milyardlar gələcək...

Image

Bu günlərdə İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanıb. Sənəd Hindistanın xarici işlər naziri Subramaniam Cahşenkarın İrana səfəri çərçivəsində imzalanıb. İran tərəfindən sənədi yol və şəhərsalma naziri Mehrdad Bazarpaş imzalayıb.

Sənədə əsasən, tərəflərin iştirakı ilə işçi qrup yaradılacaq. İşçi qrup Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. Mehrdad Bazarpaş bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də tranzit imkanlarını artıracaq. Qeyd edək ki, Çabahar limanı Şimal-Cənub dəhlizinin formalaşmasında böyük rol oynayır. Hindistanın Mumbai limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınacaq. Bu da o deməkdir ki, Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edir. Sözügedən limanın yükaşırma imkanı isə artıq 8 milyon tonu keçib. Mehrdad Bazarpaş bildirib ki, liman uzaq ölkələrlə dəniz ticarətinin inkişafına təkan verməklə yanaşı, həm də Şimal-Cənub dəhlizinin fəaliyyətində mühüm rol oynayır. Bu liman İranın qonşu dövlətlərlə nəqliyyat, tranzit, ticarət sahəsindəki əlaqələrini artırır. Məlumat üçün onu da qeyd edək ki, Çabahar limanı 7 min 2 kilometrlik Şimal-Cənub dəhlizinin başlanğıcı hesab olunur. Çabahar İranın okeana yeganə çıxışı olan limanıdır. Limanın tam gücü ilə işləməsi üçün Rəşt-Astara dəmir yolu istifadəyə verilməlidir. Bu arada qeyd edək ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlər razılaşdırılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla yuxarıda qeyd olunduğu kimi Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəmməd Cəmşidi bir müddət əvvəl İSNA informasiya agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Şimal-Cənub dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə, dəhlizin illik gəliri 20 milyard dollar həcmində olacaq. İranın “Jam-e Jam” qəzeti dəhlizi “ticarətin qızıl yolu” adlandıraraq qeyd edir ki, 162 kilometrlik Rəşt-Astara yolu Rusiya ilə Hindistan arasında yükdaşımaları asanlaşdıracaq. Rusiya bu yolun tikintisinə 1,6 milyard avro həcmində sərmayə yatırması təsadüfi xarakter daşımır. Azərbaycan da Şimal-Cənubun formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan ölkədir. Bu dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi başa çatıb. Bütün bunlarla yanaşı “Azərbaycan Dövlət Dəmir Yolları” QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir.

Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir və avtomobil yollarına malik olması onun tranzit imkanlarını səmərəli edib. Mütəxəssislərin hesablamalarına əsasən, Şimal-Cənub dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edəcək. Qeyd edək ki, hesablamalara görə, Şimal-Cənub dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək. Daha bir mühüm layihə uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhlizdirki, bu da Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu dəhlizin əhəmiyyətini artıran məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.  Şərq-Qərb dəhlizi Xəzər dənizini Gürcüstan vasitəsilə Qara dənizlə, Türkiyə ərazisindən Aralıq dənizi ilə birləşdirir. Bu isə Mərkəzi Asiya ölkərindən, Çindən Türkiyəyə və onun ərazisi ilə Avropaya yüklərin daşınması üçün imkanlar yaradır. Ümumiyyətlə, Cənubi Qafqaz regionunda bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin, həmçinin Zəngəzur dəhlizinin açılması bu regionda iqtisadi inkişafa, siyasi əlaqələrin möhkəmlənməsinə və sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Bu, qarşılıqlı faydalı ticarət və investisiyalar üçün yeni imkanlar açacaq, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirəcək. Azərbaycan burada həlledici rol oynayaraq, tranzit daşımalarından bpyük gəlir əldə edəcək.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 22:36
Türkiyə Suriyada son və risqli hərbi əməliyyatın ərəfəsindədir - Allah saxlasın....

25.01.2025 | 22:00
Əsəd devrildi, sövdələşmə bitdi - Rusiya Suriyanın Tartus limanından geri çəkilir...

25.01.2025 | 20:03
Dünyanın ən iri beynəlxalq depozitar institutu xəbərdarlıq etdi - Rusiya aktivlərinə həbs qoyulsa...

25.01.2025 | 17:35
Rusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir...

25.01.2025 | 17:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

25.01.2025 | 16:59
12 milyard dollar - Qərb sanksiyalarına qarşı Putinlə Paşinyan gizli işbirliyi içindədir...

25.01.2025 | 16:05
Trampın Bakı-İrəvan sülh prosesinə təsir göstərmək imkanları var - bir şərtlə...

25.01.2025 | 14:41
Ermənilər eyforiyada - "Tramp Vardanyanı Bakı məhkəməsindən xilas edəcək"...

25.01.2025 | 13:50
Yaşar Güler Hikmət Mirzəyevi qəbul etdi...

25.01.2025 | 13:17
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

25.01.2025 | 12:51
Azərbaycanda ev qiymətinə telefon nömrələri satışa çıxarıldı

25.01.2025 | 12:30
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

25.01.2025 | 11:43
Şəmkirdə dəhşətli qəza - 5 nəfər öldü...

25.01.2025 | 11:00
Meksika Trampa meydan oxudu - ABŞ təyyarəsinin enişinə icazə verilmədi!

25.01.2025 | 10:30
"Səbail" "Kəpəz"ə, "Sabah" "Sumqayıt"a qarşı

25.01.2025 | 10:20
Ağsuda silahlı narkokuryerlər saxlanılıb

25.01.2025 | 10:11
Prezident İlham Əliyevin Davosda çinli jurnalistlə səmimi söhbəti - VİDEO

25.01.2025 | 10:06
6 minə qədər taksi sürücüsü imtahandan uğurla keçib

25.01.2025 | 10:00
Türkiyədə daha 2 aktyor dindirilmək üçün məhkəməyə çağırıldı

25.01.2025 | 09:52
ABŞ bütün xarici yardımları dayandırdı - Dövlət Departamentindən QƏRAR

25.01.2025 | 09:33
Çinin hibrid və elektrik maşınlarında ağır problemlər üzə çıxır...

25.01.2025 | 09:30
Pentaqonun yeni rəhbəri açıqlandı - içki aludəçiliyində və qadınlara qarşı zorakılıqda ittiham olunurdu...

25.01.2025 | 09:20
Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

25.01.2025 | 08:44
Rusiyaya 1.2 dollara pomidor satıb 3 dollara geri alırıq...

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031