Bakıda sexdəki partlayışda ölənlərin sayı 9-a çatdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədini tapıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.