Ermənistanda generalın silahlı davasında Araikin qardaşı da iştirak edib...
Ermənistanın "Milli Qəhrəmanı", Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın silahla adam yaraladığı davada Qarabağdakı erməni separatçıların keçmiş "rəhbəri Araik Arutyunyanın qardaşı Armen Arutyunyan da iştirak edib.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ində məlumat yayılıb.
Məlumata görə, restoranda söhbət zamanı Tiran Xaçatryan Qarabağdakı qondarma rejimin süqutuna görə Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı Arayik Arutyunyanı da ittiham edib. Bundan sonra mübahisə başlayıb. Bir neçə gün sonra isə Tiran Xaçatryanı davaya çağırıblar və dörd nəfər ona hücum edib. Xaçatryan isə özünü müdafiəməqsədilə havaya atəş açıb.
Xatırladaq ki, Ermənistanın "Milli Qəhrəmanı", Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant Tiran Xaçatryan Qarabağ ermənisini silahla yaralayıb.
İrəvan məhkəməsi Ermənistanın "Milli Qəhrəmanı", Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib. O, silahdan istifadə etməklə dələduzluqda ittiham olunur.