"Övlad sahibi olmağı çox istərdim" - Ajda Pekkan
Türkiyəli müğənni Ajda Pekkan yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib. Türkiyə mətbuatının yazdığına görə, illərin məşhur sənətçi ana olmaq arzusundan danışıb:
"Bəlkə bir ulduz olmazdım, amma övlad sahibi olmağı çox istərdim. Gənc yaşdan həyat xausu, karyera stresi içində bunu görmədim. Düşünə bilmədim. Ana olmaq ürəyimdə qalan arzumdur".
Mətləb