Ukrayna Rusiya ərazisinə zərbə endirib
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib. Bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb. O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb. Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.
Mətləb