"Mən dərhal həmin gün oran tərk etmişdim" - Adrian Mutu
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlamasında Bakı klubundan ayrılma prosesi barədə danışıb. O, klubdan qovulmadığını deyib: "Yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirlər ki, çətin vaxtımda məni qovdular. Əslində belə olmayıb.
Anam komaya düşəndə ailəmin yanında olmaq istədiyimi dedim. Onun vəfatından sonra onlara geri qayıtmayacağımı bildirdim. Artıq futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Mən dərhal həmin gün oran tərk etmişdim".
Mətləb