Davosda Ukraynanın sülh planı Rusiyasız müzakirəyə çıxarıldı – Kremldən reaksiya gəldi...
İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumunun (WEF) illik sammitindən əvvəl 83 ölkənin milli təhlükəsizlik müşavirləri Ukrayna-Rusiya müharibəsinə son qoyulması üçün Kiyevin şərtlərini əks etdirən 10 maddədən ibarət sülh planını müzakirə edib.
Kreml isə Ukraynanın təqdim etdiyi və Rusiyasız müzakirə edilən sülh planına sərt reaksiya verib.
Rusiyanın bu cür məsləhətləşmələrə yanaşmasının daha əvvəl dəfələrlə dilə gətirildiyinə diqqət çəkən Peskov deyib ki, bu proseslərin konkret bir nəticə əldə etməyi hədəfləməməsinin açıq bir səbəbi var: “Biz müzakirələrdə iştirak etmirik. Bizim (Rusiya) iştirakımız olmadan hər hansı bir müzakirənin hansısa bir nəticə əldə etmək imkanı yoxdur".
TAHİR