Simonyan Azərbaycanla sülh sazişində Zəngəzur dəhlizindən danışdı......
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Yerevanda jurnalistlərə Azərbaycanla sülh sazişinin bəzi məqamları barədə açıqlama verib.Təbii ki, o, saziş layihəsinə Ermənistanın baxışlarını ifadə edib.Deyib ki ,saziş layihəsinin bütün maddələri hər 2 tərəfə aiddir və elə bir maddə yoxdur ki, tərəflərdən birinə aid edilsin.Simonyan onu da deyib ki, sazişdə Zəngəzur dəhlizi barədə heç nə deyilmir. Təbii ki, bunlar ermənilərin arşını ilə " biçilmiş bez parçasından başqa bir şey deyil" və bizim üçün heç bir məna kəsb etmir.
Nahid Salayev