Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif etdi, cavabını da aldı...
Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir. Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Ermənistan XİN-in iddialarına cavabında deyib.
“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – diplomat bildirib.