KÖHNƏ VERSİYA            

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı dalana dirədi...

Image

Bugünə kimi Ermənistan hələ də 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından irəli gələn əsas öhdəliklərindən birini yerinə yetirmir. Söhbət Zəngəzur dəhlizindən gedir.

Qeyd edək ki, bu məsələyə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində geniş şəkildə toxunub. Bu xüsusda dövlət başçısı qeyd edib: “Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq, öz öhdəliyinə laqeyd yanaşır...  Onu da bildirməliyəm ki, Zəngəzur dəhlizi sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər... Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın”. Beləliklə, Azərbaycan dəhliz məsələsi ilə bağlı İrəvanı fakt qarşısında qoyur. Amma belə görünür ki, Ermənistan burada yenə qeyri-adekvat mövqe sərgiləməkdə davam etmək niyyətindədir. Bunu  baş nazir Nikol Paşinyanın Yeni Bəyaziddə “Vətəndaş müqaviləsi” partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir: “Əslində, üçtərəfli bəyanatın iki tərəfi - Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər. Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyanat üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”. Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədə Zəngəzur dəhlizi müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir: “10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?” Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir: “10 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”. Amma faktdır ki, Paşinyan ənənəvi olaraq Zəngəzur dəhlizi ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Beləliklə, birbaşa ad çəkilməsə də, sənəddə Zəngəzur dəhlizi təsbit edilib və o da göstərilib ki, nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. Amma Ermənistan buna və götürdüyü öhdəliyə qarşı çıxır. Bu, sülh müqaviləsinə də əngəl yaradır. Ümumiyyətlə, ötən müddətdə Ermənistan və havadarları, məsələn, Fransa dəhlizin açılmasına hər vəchlə mane olmağa çalışıb, hətta bu məsələ ilə bağlı Azərbaycana iftira atmaqdan belə çəkinməyib. Məsələn, İrəvanın mənafeyini müdafiə edən bəzi dövlətlər, guya bu yol açılmasa, ölkəmizi güc tətbiq edərək məqsədini reallaşdırmaq istəyində olmasında ittiham ediblər. Halbuki bu, cəfəng bir ittihamdır. İndi də Ermənistanda Zəngəzur dəhlizinin açılmasından narahat olan qüvvələr müxtəlif bəyanatlar verir və bunun mümkünsüzlüyünü vurğulayırlar. Bununla belə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, sözsüz ki, həm də Zəngəzur dəhlizi məsələsinə töhfə oldu. Əlbəttə, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən-birə razı olmayacaq. Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Həmçinin, rəsmi Tehran da bunda maraqlıdır. Bununla belə, sözsüz ki, Zəngəzur dəhlizi açılacaq. Düzdür, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etsə də, Ermənistan bu layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından, Azərbaycan da alternativ yollar üzərində işləyir. İran ərazisi artıq nəzərdə tutulan dəhlizin cənubunda, yaxınlıqda yerləşdiyi üçün Azərbaycan İran hökuməti ilə ölkəni İran ərazisindən Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının çəkilməsi ilə bağlı razılıq əldə edib. İki ölkə arasında imzalanan müqavilələrə əsasən, Araz üzərindən avtomobil və dəmir yolları üçün körpülər tikiləcək - İran üzərindən Naxçıvana nəqliyyatı təmin edəcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın Naxçıvana iki alternativ nəqliyyat yolu olacaq: Ermənistandan və  İrandan. Beləliklə, Ermənistan dəhliz məsələsini uzadarsa dalanda qalacaq. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın manipulyasiya edərək Azərbaycanın əsas hissəsindən Naxçıvana təklif etdiyi marşrut tamamilə yararsız haldadır və o yolun mütəmadi işləməsi mümkün deyil. Çünki həmin marşrutun keçdiyi ərazi relyef baxımından əlverişsizdir, yol payız-qış aylarında çox vaxt bağlı olur.  Bu xüsusda prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd edib: “Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”. 

Azərbaycan konkret mövqeyini iifadə edib. İndi seçim Ermənistanındır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031