KÖHNƏ VERSİYA            

Qəzzada qırğınlar siyasəti İsrail kabinetini parçaladı...

Image

Elşən Manafov: “Qəzzanın gələcək idarəediciliynə İsrailin ifrat sag millətçi siyasətçiləri fərqli prizmadan yanaşır”

İsrailin müdafiə naziri Yoav Qallant ölkənin baş naziri Benyamin Netanyahu ilə mübahisədən sonra Təl-Əvivdəki Kirya hərbi bazasında hərbi kabinetin iclasını tərk edib.  Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Qallant Netanyahunun köməkçilərinin iclasda iştirak etməsinə baxmayaraq, onun köməkçilərinin görüşə buraxılmamasından narazı qalıb və mübahisə edərək zalı tərk edib. Qəzəblənmiş müdafiə naziri iclası tərk etməzdən əvvəl Netanyahuya və milli təhlükəsizlik üzrə müşavir Tzachi Hanegbiyə “işimə mane olmağı dayandırın” deyib.

Qeyd olunur ki, Qallant daha sonra geri qayıdıb və yalnız hərbi kabinet üzvlərinin iştirak etdiyi iclasın qapalı hissəsində iştirak edib. İsrail mətbuatının məlumatına görə, Qəzza zolağına davam edən hücumlar və Qəzzanın gələcəyi ilə bağlı baş nazir Netanyahu ilə müdafiə naziri Qallant arasında fikir ayrılıqları var.

Maraqlıdır, İsrail kabinetindəki hərbi əməliyyatlarla bağlı bu fikir ayrılıqları hansı həddə qədər inkişaf edə və nə ilə nəticələnə bilər?

“Netanyahuya etimadın sarsılması üçün hökumətin tərkibindəki müxalifətdən olan nazirlərin təhlükəsizlik xidmətləri ilə işbirliyi olub” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “HƏMAS-ın İsrailə terror hücumları, Netenyahu başda olmaqla, fövqəladə hökumətin təşkilinə səbəb oldu. Əvvəlki hökumət koalision tərkibli idi və HƏMAS-ın hücumunun “gözlənilməzliyi” ilə bağlı İsrail və dünya mediasında tədqiqat obyekti ola biləcək materiallar verilirdi. Bunlardan biri də Netenyahuya etimadın sarsılması üçün hökumətin tərkibindəki müxalifətdən olan nazirlərin təhlükəsizlik xidmətləri ilə işbirliyi olub. Yəni hücumdan xəbərdar olduqları halda, əvvəlcədən hökumətdə müvafiq dairələri xəbərdar etməyiblər. Baş nazir Netanyahu və hərbi nazir Qalant arasında Təl-Əvivdə hərbi bazada hökumətin iclasinda yaşanmış qalmaqal, məhz 7 oktyabr hadisələri ilə bağlı təhqiqat işində bəzi nazirlərin adlarının hallandırılması olub. Hərbi nazir bunun indiki halda HƏMAS-a qarşı mübarizənin getdiyi şəraitdə İsrailin düşmənlərinin xeyrinə işləyəcəyi fikrindədir. Baş nazir və hərbi nazir arasında HƏMAS-a qarşı hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərdə ciddi fikir ayrılığı yoxdur. Hər ikisi müharibənin sonadək aparılmasının, HƏMAS-ın struktur olaraq məhvinin tərəfdarıdır. Lakin hərbi nazir müharibə bitəndən Qəzza bölməsinin idarəediciliyi ilə bağlı 4 bucaq planı ilə çıxış edib ki, bu da Qəzzanın gələcəyi ilə əlaqədar ABŞ planından kəskin şəkildə fərqlənir. Hərbi nazirin planına görə, müharibə başa çatdıqdan sonra da Qəzzanın təhlükəsizliyinə nəzarət İsrailə məxsus olmalıdır. Halbuki, ABŞ-ın Fələstin lideri Mahmud Abbasla razılaşdırmasına görə, Qəzza Fələstin Muxtar Dövlətinin idarəediciliyində olmalıdır. Ümumiyyətlə, Qəzzanın gələcək idarəediciliynə İsrailin ifrat sag millətçi siyasətçiləri fərqli prizmadan yanaşır. İsrailə Qəzzadan gələcək hər hansı təhlükədən sığortalanmaq üçün Qəzzanın ərəb dilli əhalisinin onların istəklərinə müvafiq olaraq ərəb ölkələrinə köçməsinə şərait yaratmaq, Qəzzada yəhudi məskənləri salmağı təklif edirlər. İsrailin sabiq baş naziri Ariel Şaronun iqtidari dövrundə, 2005-ci ilin avqust, sentyabr aylarında Qəzzada yəhudi məskənlərinin salınması zamanı belə bir hal müşahidə olunub. Bu, İsrailin özündə əksər siyasi qüvvələr, habelə onların Qərbdəki müttəfiqləri tərəfindən ekstremist bir mövqe olaraq kəskin şəkildə pislənib. Müdafiə naziri Qalantın layihəsi problemin daha ədalətli həllini nəzərdə tutsa da, Qəzzanın idarəediciliyində HƏMAS-a bağlı bir məmurun olmayacağı ilə bağlı təklifi onun perspektiv legitimliyini şübhə altına qoyur. Çünki qəzzalılar, habelə regionun bəlli ərəb dövlətləri, hətta İran və Türkiyə tərəfindən HƏMAS legitim təşkilat kimi qəbul olunur. Baş nazir Netanyahu hələlik bu layihə ilə bağlı fikrini bildirməyib. Ancaq onun ABŞ-ın FAT-la razılaşdırdığı plana qarşı çıxmayacağı da bəllidir”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031