Bakıda mebel sexində dəhşətli partlayış - Baş prokurorun müavini hadisə yerindədir - FOTO/VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları da hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli məlumat verib
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.