Estoniya onlara sığınan ukraynalıları müharibəyə göndərməkdən imtina etdi...
Estoniya ukraynalıları səfərbərlik üçün öz ölkələrinə göndərməyəcək. “The Kyiv Independent” xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.
Diplomat bildirib ki, yanvarın 11-də Tallində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət zamanı bu məsələni qaldırıb və ukraynalıların öz ölkələrinə göndərilməsini istisna edib, çünki onlar qanuni əsaslarla Estoniya ərazisindədirlər.
“Bu şəxslər bura gələndə Avropa İttifaqı onlara müvəqqəti qoruma statusu verib. Buna görə də biz onların ekstradisiyası üçün heç bir addım atmayacağıq”, - deyə Kallas qeyd edib.