Maya Sandu Rusiyanın Moldova planları ilə bağlı xəbərdarlıq etdi - seçkilərə qədər...
Moldova prezidenti bəyan edir ki, Rusiya Moldovada planlaşdırılan seçkilərə qədər ölkədə sabitliyi pozmağa çalışacaq. Bu barədə Maya Sandu Rumıniyaya səfəri zamanı məlumat verib.
“Biz bilirik ki, yazda Rusiya Moldovada sabitliyi pozmaq üçün öz fəaliiyətlərini bərpa edəcək”, – Sandu bildirib.
Onun sözlərinə görə, Moldova hakimiyyəti bu təhlükələrdən xəbərdardır və onların qarşısını almağa çalışır.
“Keçən il Rusiya Moldova hökumətini devirməyə hazırlaşanda olduğu kimi, biz vətəndaşları bu təhdidlər barədə məlumatlandırdıq. Biz vətəndaşlar və dövlət qurumları ilə birlikdə özümüzü bu təhlükələrdən qorumağa çalışırıq. Bununla bağlı hələ görüləsi işlərimiz var. Bizim hələ də zəif nöqtələrimiz var”, – Sandu bildirib.
Məlumat üçün bildirək ki, Moldovada prezident seçkiləri 2024-cü ilin yazında keçiriləcək.
TAHİR