Putinə qarşı çıxan məşhur rus yazıçısı “xarici agent” elan edildi
Rusiyanın ən məşhur romançılarından biri ölkənin Ukraynaya təcavüzünə qarşı çıxdıqdan sonra xarici agent elan edilib. Bir vaxtlar Rusiyada ən çox oxunan müəllif Boris Akunin Rusiya Ədliyyə Nazirliyi tərəfindən “terrorçular və ekstremistlər” siyahısına əlavə edilib.
Əsl adı Qriqori Çxartişvili olan Akuninin kitabları Rusiya prezidenti Putinə etirazını bildirdikdən sonra kitab rəflərindən yığışdırılmışdı.
Ədliyyə Nazirliyi açıqlamasında bildirib ki, Akunin "Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb" və onu Ukrayna ordusuna dəstək üçün vəsait toplamağa kömək etməkdə ittiham edib.
Nazirlik əlavə edib ki, Akunin Rusiya və onun ordusu haqqında “mənfi imic yaratmaq məqsədi ilə yalan məlumat yayıb”.
Londonda yaşayan Akunin isə sosial şəbəkədə yazıb: "Bu gün yazırlar ki, məni xarici agent elan ediblər. Mən terrorçu və ekstremistəm?! Özümü qanunsuz park etdiyinə görə cəzalandırılan Bin Laden kimi hiss edirəm. Terrorçular məni terrorçu elan etdilər”.
TAHİR