Baş nazir jurnalistləri "fahişə" adlandırdı ...
Roberto Fitso- 4- cü dəfə ölkənin baş naziri oldu.Sonuncu dəfə ölkədə ən yüksək siyasi səviyyələrdə korrupsiyanı araşdıran jurnalistin qətlindən sonra istefa vermişdi və ötən ilin sonlarında yenidən Slovakiyanın baş naziri oldu.
Antiamerikan və rusafil siyasi baxışları ilə seçilir, gələn kimi Ukraynaya hərbi yardımın edilməyəcəyini bəyan etdi, ölkəyə sığınmış 150 mindən çox ukraynalı qaçqına dırnaqarası baxır. Bu günlərdə paytaxt Bratislava kütləvi etirazlara yenidən meydan olub. Fitsonun korrupsiyanı araşdıran xüsusi prokurorluğu ləğv etmək qərarı cəmiyyəti özündən çıxarıb. Etirazçılar Slovakiyanı "Avropanın qara dəliyi" adlandırıblar.
Namiq Quliyev