Paşinyandan Azərbaycana təklif- "gəlin saziş imzalayaq"...
Aşkar hiss olunur ki, İlham Əliyevin son telemüsahibədə ifadə etdiyi yeni ideyalar Paşinyanı əməllicə qısqandırıb.. Buna görə Paşinyan da müəyyən təkliflər verməyə başlayıb. O elə bilib ki, verilən hər təklif praktik məzmun kəsb edə bilər. Məsələn, Paşinyan deyib ki, Azərbaycana şifahi təklif edirəm, gəlin silahlanmaya nəzarət üzrə saziş imzalayaq və bir- birimizə nəzarət etmək imkanımız olsun...
Heç dəxli var? Əsas sülh sazişini imzalamaq hələ gündəmdə olduğu halda, neçənci dərəcəli məsələlər barədə saziş imzalamaq nəyi dəyişə bilər? Əgər saziş imzalamağa özünü hazır sayırsansa ,öncə buyur Əsas sülh sazişini imzalayaq...
Demək, Paşinyana Əsas sazişi imzalamaq yox, imzalamamaq lazımdır. Elə buna görə Əsas məsələni ləngidən ideyalara həvəslə baş vurur. Dünyanın hansı ölkələri Əsas sülh sazişindən qabaq Silahlanmaya nəzarət sazişi imzalayıb? Bircə fakt göstərə bilərsənmi, Paşinyan?...
Namiq Quliyev