Ərəb ölkələrinin məscid dağıdan Ermənistanla qardaşlaşması sürətlənir...
Ermənistanın XİN 2023- cü ildə fəaliyyətin əsas istiqamətləri və nəticələri ilə bağlı hesabat yayıb.Hesabatda Ermənistanın xarici siyasətində ərəb ölkələrinin xüsusi yer tutduğu və prosesin getdikcə gücləndiyi qeyd edilir. Səudiyyə dövləti ilə ilk dəfə diplomatik münasibətlərin qurulması və Ərəb Əmirliklərinə ermənilərin vizasız gedişi barədə razılaşmanın əldə edilməsi xüsusi nailiyyət adlandırılır.
Müstəqillik illərində Ərəb ölkələri liqasının nazirlər görüşündə ilk dəfə iştirak nailiyyətlər sırasında çəkilir. Hələ bu harasıdır.. Mirzoyanın Misir, Suriyaya, Əmirliklərə və Bəhreynə səfərləri qeyd edilir. İordaniya, Livan və Səudiyyənin XİN- ləri ilə görüşlər xatırladılır. Oman və Tunisin XİN- ləri ilə siyasi məsləhətləşmələrin aparılması da ərəb- erməni qardaşlaşmasını sübut edən faktlar sırasındadır...
Namiq Quliyev