Erməni "genosidi" barədə roman 5- ci, "Arsax müharibələri" yalnız 6- cı oldu...
Ermənistanda 2023- cü ilin dekabrında bestseller olmuş 10 romanın siyahısı tutulub. Maraqlıdır ki, siyahı Ermənistanda qondarma genosid və " Arsax" mövzusuna ictimaiyyətin münasibətinin heç də aparıcı olmadığını sübut edir .Məsələn, bir vaxtlar erməni kütləsinin nəzərində ən populyar ,hətta ümumilli ideya kimi təqdim edilən " genosid məsələsi" barədə Mark Aren və Vars Çarantsin yazdıqları " Yenə məhəbbət barədə" romanı 10 bestsellerin sırasında yalnız 5 - ci olub.Roman Ruben Sevak adlı erməni şairi ilə Yanni Appelin məhəbbətindən bəhs edir.Guya Sevak "genosid illərində " türk məmurunun xilas təklifini qəbul etməkdənsə ölümü üstün tutub.
" 3 Arsax müharibəsi və ondan sonrakı hadisələrdən" bəhs edən Aşot Aqbabyanın "Qara pantera- 1" romanı 6- cı sıranı tuta bilib. Müəllif romanda ermənilərin niyə uduzmasının səbəblərindən,ermənilərin bu gün gecikmədən nə etməli olduqları barədə danışır. Roman bütünlüklə erməni xalqına millətçi, şovinist müraciət və çağırışlardan ibarətdir.
Tək bu iki fakt sübut edir ki, Ermənistanda bir vaxtların ən populyar mövzuları olan "genosid və Arsaxı" indi o qədər də hesaba almırlar. Bir vaxtlar Balayanın " Ocaq " romanı bütün Ermənistanı sarmışdı. Bu gün yeni dövrün "Ocaqları" na Ermənistanda artıq barmaqarası baxmağa başlayıblar. Bu, əslində Azərbaycanın Vətən müharibəsi və Antiterror tədbirləri ilə bölgədə yaratdığı reallığın parlaq təzahürlərindən biridir.
Nahid Salayev