Ermənistan Arazın yatağını qanunsuz şəkildə dəyişdirib-400 hektar əlavə sahə tutulub...
Ermənistan mediası sensasion xəbər yayıb, əslində erməniləri ifşa edib. Ərazi idarəetmə və infrastruktur nazirliyinin yaydığı xəbərə görə Araz çayında qumdan qanunsuz istifadə nəicəsində Buraksan və Araksavan ( erməni dilində)məntəqələri yaxınlığında çay əvvəlki yatağından çıxıb və ərazidə 400 hektar sahəsi olan süni ada əmələ gəlib. Nazirlik Rusiyanın sərhəd qoşunları komandanlığı ilə razılaşma əldə olunduğunu və lazım gələrsə Türkiyə ilə da danışıqlar aparılacağını bildirib. Ermənistan hökuməti hesab edir ki, çayı əvvəlki yatağına qaytarmaq üçün ərazidə 8 metr dərinlikdə, 130 metr uzunluqda bənd tikilməlidir. Əslində söhbət süni göl yaratmaqdan gedir ki, bu da Arazın suyundan qanunsuz idtifadə deməkdir. Nazirlik layihənin 16 aya başa çatacağını,1 milyon dollar vəsait sərf olunacağını bildirib.
Maraqlıdır, əvvala Araz transsərhəd çay hesab olunur və Ermənistan orada Azərbaycan və Türkiyədən xəbərsiz iş görə bilməz. Araz sərhəddir və hazırda söhbət Arazboyunca səhəd xəttinin dəyişdirilməsindən gedir ki, bu qanunsuzdur. İkinci, məsələ Rus ordusu ilə müzakirə olunduğu halda, Bakı və Ankara ilə niyə müzakirə olunmayıb?
Üçüncü, heç şübhə yoxdur ki, Ermənistan diqqət çəkməmək üçün qəsdlə tikintinin miqyasını kiçildərək cəmi 1 milyon göstərib.
Dördüncü, Ermənistanın Arazın suyundan qanunsuz istifadə layihəsi otadadır. Əlavə edək ki, Ermənistan transsəhəd çaylarda qanunsuz və cinayətkar fəaliyyətlərdə dəfələrlə bulunub. Oxçuçay planı hələ unudulmayıb. Azərbaycanın və Türkiyənin dövlət orqanları yəqin ki, reaksiya verəcəklər.
Nahid Salayev