Rusiya ilə Qərbin 300 milyard dollarlıq yeni müharibəsi başladı...
Buna qərbdə "müsadirə müharibəsi" də deyirlər. 2022- ci ildə Ukraynaya təcavüz başlayanda Qərb ölkələri - Avropa birliyi, G7 və Avstraliya Rusiyanın 300 milyard dollar pulunu dondurdular .
İndi həmin pulun müsadirə olunaraq Ukraynaya verilmə prosesi başlayıb. ABŞ senatı artıq qanun qəbul edib və Bayden qanunu təsdiqləyib. Həmin vəsaitin Ukraynaya verilməsi planlaşdırılır. Pulun 191 milyardı Brüsseldə, 19 milyardı Fransada, 5 milyardı ABŞ- da, 200 milyonu Almaniyada və başqa ölkələrdə saxlanır. Rusiya hakimiyyəti Qərbin niyyətinin ciddi olduğunu bilir və bu səbəbdən veriləcək cavab müzakirə olunur. Rusiyada cavab olaraq Qərbin Rusiyadakı aktivlərinin müsadirə variantı, beynəlxalq məhkəməyə müraciət edilməsi, hətta bəzi avantüristlər Avropa paytaxtlarına nüvə zərbəsi endirilməsi variantlarını müzakirə edirlər. Bütün hallarda Rusiya 300 milyard pulun çətin qayıtmaq variantına hazırlaşır.
Nahid Salayev