Sosial şəbəkələrdə terrorçuları təbliğ edən 60 nəfər müəyyənləşib - Türkiyədə
Türkiyədə terrorçuların təbliğatını aparan 60 nəfər sosial şəbəkə istifadəçisi şübhəli qismində müəyyənləşib, onlardan 4-ü ələ keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildiriib ki, ölkə daxilindəki daha 3 təbliğatçısının yaxalanması istiqamətində işlər davam edir.
Nazirin sözlərinə görə, 60 şübhəlidən 53-ü xaricdədir və onlar haqqında hüquqi prosedur başladılıb. A. Yerlikaya bildirib ki, sözügedən 60 şübhəli özlərinin sosial şəbəkə hesablarında terrorçuları təbliğ edir və ictimai rəyi çaşdıran informasiyalar yayır.
Mətləb