Bazar günü, 20 iyul 2025
     

Əbədi qələbəyə aparan düzgün strategiya

Image

Tarix göstərir ki, müharibə aparmaq ölkələr üçün asan olmayıb.

Siyasi, hərbi və iqtisadi müharibələr düzgün və düşünülmüş strategiya tələb edir. Müharibə çox riskli və təhlükəli imtahandır. Şükürlər olsun ki, Azərbaycan bu imtahandan uğurla keçib. Dövlət rəhbəri İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz birliyi və ordumuzun rəşadəti nəticəsində Azərbaycanın tarixində yeni səhifə açılıb. 

Qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu darmadağın edərək Qarabağda otuz illik işğala son qoydu. Ordumuz genişmiqyaslı hərbi əməliyyatlar yolu ilə erməni işğalçılarının "keçilməz" müdafiə mövqelərini və istehkam qurğularını darmadağın edərək şimaldan Suqovuşan məntəqəsini, Murov dağ zirvəsini, cənub cinahdan isə hərəkət etməklə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qarabağın dağlıq bölgəsinin müəyyən əraziləri üzərində nəzarəti bərpa etdi. 

Digər üç rayon – Ağdam, Laçın və Kəlbəcər heç bir itki olmadan Azərbaycana qaytarıldı. Lakin həmin ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəhbərləri bölgədə atəşkəsin təmin edilməsi məqsədilə üçtərəfli Bəyanata imza atdılar. Nəticədə hər iki tərəf müharibəni dayandırdı.

Bəyanatın 3-cü müddəasına əsasən, Qarabağın dağlıq əraziləri – Xankəndi, Xocəvənd, Xocalı və Ağdərədə, o cümlədən Laçın dəhlizi boyunca Rusiyanın Sülhməramlı Kontigenti yerləşdirildi. Üçtərəfli Bəyanatın 4-cü müddəasına görə, rus sülhməramlılarının yerləşməsi ilə paralel olaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərindən geri çəkilməli idi. Üç rayonun bu yolla qaytarılması, Ermənistanın öz silahlı qüvvələrini ərazilərimizdən geri çəkmək öhdəliyi və bəyanata nəqliyyat kommunikasiyaların açılması ilə bağlı maddənin salınması – bütün bunlar dövlət rəhbərimizin diplomatik-siyasi uğurlarının nəticəsi idi.

Ancaq ölkə daxilində qaragüruhçular, xüsusilə hər zaman suyu bulandırmağa çalışan radikal müxalifət və müəyyən qüvvələr Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə, dövlət rəhbərimizin nailiyyətlərinə kölgə salmağa çalışırdılar. Son üç il ərzində onların heç bir əsas olmadan hay-küy salmalarına çox yaxşı şahidi olduq. 

Ölkəmizin qüdrətini və inkişafını heç cür həzm edə bilməyən radikal müxalifət heç bir entik qaydaları nəzərə almayaraq hay-küy salırdılar ki, guya Azərbaycan Ordusu tam qələbə qazanmayıb, Qarabağ tam işğaldan azad edilməyib, rus sülhməramlıları Qarabağda erməni separatçılarının mövcudluğunu qoruyacaq.

Özünü "vətənpərvər" hesab edən radikal müxalifətçilər bəyan edirdilər ki, Azərbaycan müharibəni davam etdirməli, Xankəndiyə daxil olmalı idi. Bu bəyanatlar onların nə qədər naşı və siyasi qabliyyətdən məhrum olduqlarını bir daha üzə çıxartdı. 

Doğrudur, Azərbaycan Ordusu müharibəni davam etdirib Xankəndiyə, Xocalıya, Ağdərəyə, Kəlbəcərə və Laçına da daxil ola bilərdi. Erməni işğalçılarının ordumuzun qarşısında dayanmaq imkanı yox idi. Amma siyasi, hərbi, beynəlxalq güc mərkəzlərinin ikili standartlarla yanaşması baxımından Azərbaycan daha doğru olanını seçdi. Məhz bu səbəbdən üçtərəfli Bəyanat həmin dövr üçün doğru sənəd idi. 

Sonrakı  üç il ərzində nə rus sülhməramlıları, nə də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. Ərazilərimizdə Ermənistan ordusunun tör-töküntüləri və qeyri-qanuni erməni silahlı birləşmələri qalmaqda idi, qondarma qurum özünü buraxmaq istəmirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyi dözüm göstərərək məsələnin sakit yolla həll olunmasına çalışırdı.

Ölkəmizin rəhbərliyi bölgədə vaxtilə məskunlaşmış erməni millətinin nümayindələrini dialoqa çağırır, hətta Azərbaycana qarşı terror fəaliyyətində iştirak etməyən erməni sakinlərin hüquq və təhlükəsizliyini öz konstitusiyasına uyğun təmin etməyə, erməni separatçılarına amnistisiya verməyə hazır olduğunu bildirirdi. Təəssüf ki, erməni separatçıları Azərbaycanın bu çağırışlarını doğru-dürüst anlaya bilmədilər, ya da anlamaq istəmədilər. Nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri son birgünlük antiterror əməliyyatı ilə Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah olmağa və qondarma qurumun özünü buraxmağa məcbur etdi. Prezident İlham Əliyev öz qətiyyəti, gücü və rasional addımları ilə məsələni birdəfəlik həll etdi. Artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. 

Paralel aparmaq istəsək, hazırda davam edən Ukrayna və Qəzza müharibəsinə diqqət yetirək. Ukraynadakı müharibənin artıq ikinci ili tamamlanır. Bir ildən çoxdur ki, rus ordusu həm insani, həm də hərbi texniki cəhətdən Ukraynada çox ciddi itkilər verib və itkilər verməkdə davam edir. Rus ordusunun bu ölkədə bir çox hərbi əməliyyatları uğursuzluğa düçar olub. Yəni Rusiya uzunmüddət ərzində Ukrayna ilə bağlı planlaşdırdığı hədəflərə nail bilməyib. İsrailin də Qəzzada müharibəsi üç aydır davam etməsinə baxmayaraq, rəsmi Təl-Əviv HƏMAS-ı tam sıradan çıxara bilməyib.

Halbuki İsraildə və Qərb ölkələrində çoxları hesab edirdilər ki, İsrail HƏMAS-ı tez bir zamanda məhv edəcək. Amma gözləntilər özünü doğrultmadı. Ola bilsin ki, İsrailin hərbi-siyasi rəhbərliyi Qəzzada insanların kütləvi şəkildə sıx yaşamasını və bir çox təhlükəli məqamları nəzərə alıb müharibəni uzatmaq qərarına gəlib. Amma hər halda qüdrətli orduya, nüvə və ballistik silahlara, müasir hərbi sənayeyə və dünyanın ən güclü kəşfiyyatına malik olan hər iki ölkənin müharibədə istəklərinə tam olaraq nail olmaması onu göstərir ki, müharibə aparmaq o qədər asan məsələ deyil.

Elə ola bilər ki, həmin ölkə hədəflərinə nail olmaya və ciddi risklərlə üzləşə bilər. Tarixdə elə zamanlar olub ki, böyük dövlətlərin müharibələri tamamilə fiaskoya uğrayıb. Müharibənin hər hansı formada olmasına baxmayaraq, burada xüsusi strategiya tələb olunur. Cənab Prezident İlham Əliyev düzgün və rasional manevrlərə əsaslanan strategiya quraraq Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini bərqərar edib. Bu, danılmaz, inkaredilməz faktdır. Ordumuzun qələbəsi xalqımızın tarixində qızıl səhifəsi olaraq qalacaq. 

Yunis Abdullayev
"Cebhe.info"



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910