KÖHNƏ VERSİYA            

Ermənistanda alman - rus ordularının döyüşü hazırlanır...

Image

Fransadan sonra Almaniyanın da Ermənistanda hərbi cəhətdən möhkəmlənmək niyyəti, Rusuyanın buna reaksiyası son dövrlərin əsas mövzularından birinə çevrilib. Çünki bu halda Kremlin İrəvana münasibətdə daha aqressiv siyasət yürüdəvəyi istisna edilmir. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, artıq rus mediasında bunun növbəti təzahürləri müşahidə edilir.

Portal yazır ki, rus mediasının Ermənistana və onun indiki hakimiyyətinə çamur atması yenilik deyil: “Amma onların və TASS kimi mötəbər xəbər agentliyinin səhifələrində heç nəyə istinad etməyən əsassız bəyanatlar dərc etməyə başlaması, təbii ki, narahatedicidir. Bir sözlə, TASS iddia edir ki, Almaniya Ermənistana Qərbin anti-Rusiya siyasətinə qoşulmağı, xüsusən də Rusiya sərhədçilərini Ermənistan ərazisindən tez bir zamanda çıxarmağı və həmçinin İrəvana dövlət aparatını Rusiya tərəfdarı olan şəxslərdən təmizləməyi tövsiyə edir. “Berlin bunun qarşılığında İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq səylərinə dəstək verməyi təklif edir”, – nəşr həmsöhbətinə istinadən yazır. Amma bu məlumatı ciddi qəbul edib-etməmək hələ də böyük sualdır. Tutaq ki, rusiyalı jurnalistlər yalan demirlər və Berlində həqiqətən belə planlar hazırlanır. Bəs bunda Ermənistanın nə günahı var? Bəli, siyasət həm də alverdən ibarətdir. Biz bilmirik ki, Moskva son 3-4 ildə Bakı və Ankara ilə nə danışıqlar aparır. Bəs niyə həqiqətən bizə kömək etmək istəyənlərdən bizim üçün faydalı olan yardımı qəbul etmirik? Bundan əlavə, Ermənistanın əhalisinin azalmasına qarşı mübarizədə bizə həm maliyyə, həm texniki, həm də dolayı yardım təklif olunur. Miqrasiya yolunu Avropa ilə bağlayan Qarabağ erməniləri üçün bu pis xəbər ola bilər, amma milli miqyasda düşünsək, bu, ermənilər üçün faydalıdır, çünki qarabağlı soydaşlarımız bizim seyrəlmiş demoqrafiyamızı qismən də olsa bərpa edəcəklər. Açığı, Almaniya Avropa İttifaqında heç vaxt ölkəmizin maraqlarının qızğın təbliğatçısı olmayıb. Fransa, Yunanıstan, Kipr və Hollandiya bizim mövqeyimizi təbii ki, daha fəal müdafiə edirdilər. Bəli, 2016-cı ildə Bundestaq 1915-ci il “qətliamını” soyqırım kimi tanıdı, lakin ümumilikdə Almaniya Qarabağ münaqişəsində neytral mövqe tutdu. Biz hər şeyi başa düşürük. Birinci, qismən də İkinci Dünya müharibələri zamanı Almaniya və Türkiyə müttəfiq olublar və müasir Almaniyada nəhəng türk diasporu var. Amma indi, görünür, Berlin Cənubi Qafqaz regionunun əhəmiyyətini anlamağa başlayıb. Burqerlər nə Rusiyanın (ilk növbədə), nə İranın (Qərbin düşməni), nə də Türkiyənin burada mövqelərini möhkəmləndirməsini istəyir. Və bəlkə hətta Fransa da almanların xoşuna gəlmir - və bağışlayın, Hans və Jak nə vaxt bir-birrinə qarşı isti hisslər yaşadılar? Amma əsas məsələ bu da deyil, Avropa Birliyinin Almaniyanın ağzından dedikləridir. Aydın məsələdir ki, kollektiv Qərb Rusiya-Ukrayna müharibəsində məğlub olsa belə, digər regionlarda, xüsusən də Cənubi Qafqazda möhkəmlənmək istəyəcək.

Ermənistanın nə qədər çox dostu varsa, ölkəmizin subyektivliyini dəstəkləməyə hazır olan qüvvələr nə qədər çox olsa, əlbəttə ki, bizim üçün bir o qədər yaxşıdır. O ki qaldı Rusiyaya və ona bağlı olan təşkilatlara, ilk növbədə, KTMT-yə, üzrlü sayın, onları qapıdan qovan biz deyilik. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın dediyi kimi, onlardan heç nə gözləmək lazım deyil. İndi Avropanın ən qabaqcıl ölkəsi kimi Almaniyaya müraciətimizi səsləndirəcəyik. Hörmətli almanlar, özünüzü hərbi güc kimi bərpa etmək üçün böyük şansınız var. Ağ adamın döyüşkən ruhunu, Nitsşenin yazdığı həmin “sarışın heyvanı” bir daha xatırlayın. Qaregin Njdemiz almanlarla əməkdaşlıq edəndə, hətta öz tarixinin ən şərəfli dövrünü keçirməsələr də, nə etdiyini bilirdi. Bir vaxtlar rusiyalı siyasətçi Jirinovski Bundesver haqqında istehza ilə danışırdı: almanlar necə döyüşməyi unudublar, müasir alman ordusu kazarmalarında İncil oxuyan əsgərlərdir və s. Xeyr, ağ nasizmi bərpa etməyə çalışdığımızı düşünməyin. Siz özünüz sivil xalqsız, bu ideyadan əl çəkmisiz. Bəs düşünmürsünüz ki, İkinci Dünya müharibəsindən sonra milli özünüdərkiniz çox sıxışdırılıb? Almaniyanın nəinki inteqrasiya etmək, hətta sizin ölkənizin qanunlarına hörmət etmək istəməyən üçüncü dünya ölkələrindən olan miqrantlarla dolu olmasını başqa necə izah edə bilərsiniz? Ermənistan sizə özünüzü reabilitasiya etmək şansı verəcək tramplin ola bilər. Biz Almaniyanın bütün Avropa kimi Ermənistanda daha geniş təmsil olunmasını istəyirik. Həm də təkcə “maliyyə və texniki yardım” səviyyəsində deyil, daha geniş miqyasda ki, burada, Ermənistanda özünüzü yenidən döyüşə hazır xalq kimi hiss etmək, tapdalanan ehtirasınızı bərpa etmək imkanınız olsun. "Helfen - Heilen - Wehren" (Kömək – Sağ qalma - Qoruma) devizi altında fəaliyyət göstərən Tevton ordeninin ənənələrini xatırlayın. Bura gəlməklə hərbi işlərin və ordu quruculuğunun sirlərini bizimlə bölüşəcəksiniz. Müxtəlif landşaftları olan Ermənistan ərazisi təlimlərin keçirilməsi üçün əla yer ola bilər. Əminəm ki, Almaniyanın ardınca digər Avropa ölkələri də gələcək. Nəhayət xatırlayaq ki, Avropa İttifaqı dünənki rəqiblərin – Fransa və Almaniyanın “iki nüvəli” birliyi kimi yaranıb. Qərbin və Ukraynanın Rusiya ilə müharibədə udub-udmamasının fərqi yoxdur. Unutmayın ki, Cənubi Qafqazda öz qapılarını avropalıların üzünə açmağa hazır olan bir ölkə var ki, onlar bizə sahib olduqlarının ən yaxşısını – texnologiyanı, kapitalı, mədəniyyəti, o cümlədən siyasi sahəni gətirməyə hazırdır. Ona görə də ermənilərin əksəriyyəti və ölkə hökuməti belə bəyanatla razılaşacaq ki, Avropanın Ermənistanda - həm hərbi, həm də mülki komponentlərdə iştirakı nə qədər çox olsa, həm Avropa, həm də Ermənistan üçün bir o qədər yaxşı olar”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031