KÖHNƏ VERSİYA            

60-cı prezident seçkiləri ABŞ demokratiyası üçün fəlakət ola bilər...

Image

ABŞ-da bu il noyabrın 5-də keçiriləcək prezident seçkiləri fonunda ölkədə siyasi müstəvidə proseslərin daha gərgin xarakter aldığı müşahidə edilir. Xüsusən də ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilər ərəfəsində məhkəməyə cəlbi bu ölkədə demokratiyaya böyük zərbə hesab olunur.

Qeyd edək ki, Trampa qarşı ikisi federal, ikisi isə əyalət səviyyəsində olmaqla ümumilikdə 4 fərqli məhkəmə prosesi davam edir. Bu arada Donald Tramp, hakimin qadağasına baxmayaraq, dələduzluq işi üzrə məhkəmə iclasında yekun söz deyib: “Burada baş verənlər mənə qarşı saxtakarlıqdır”. Hakim çıxışını yarımçıq kəsənə qədər siyasətçi müdafiə masasından təxminən 5 dəqiqə danışıb. Tramp özünün təqsirsizliyinə müraciət edərək, seçkiyə müdaxilə edən kimsə tərəfindən təqib edildiyini iddia edib və həmçinin təzminat tələb edib. Amerikanın keçmiş liderinin sözlərinə görə, ona qarşı açılan cinayət işləri “siyasi cadugər ovu”na nümunə oldu: “Faktlar ondan ibarətdir ki, maliyyə hesabatları mükəmməldir, bizim əleyhimizə heç bir şahid yoxdur”. Onun sözlərinə görə, Bayden administrasiyası heç bir ölkə ilə düzgün siyasət yürütmür və buna görə bütün dünya müharibəyə məruz qala bilər: “Seçkiyə yaxın olsaq da, vəziyyət dəyişə bilər. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”. O, prezident kimi etdiyi hərəkətlərə görə təqibdən toxunulmazlığa sahib olması lazım olduğunu qeyd edib. Tramp bu xüsusda bildirib: “Mənim toxunulmazlığım yoxdursa, hiyləgər Co Baydenin də toxunulmazlığı olmamalıdır”. Tramp Baydeni sərt şəkildə tənqid etməkdən də çəkinməyib. Belə ki, Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırıb: “ABŞ prezidenti Cozef Bayden iki cümləni birləşdirə bilmir və bizi nüvə silahına malik ölkələrin liderləri ilə danışıqlarda təmsil edir. Putin və Si Cinpin çox ağıllı insanlardır. Ağıllı deməyimə media nifrət edir, amma sizə deyim ki, onlar çox ağıllı və çox hiyləgərdirlər”. Bundan əvvəl Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu və ABŞ administrasiyasının rəhbəri postunu tutsaydı, Ukraynadakı münaqişənin qarşısını ala biləcəyini bildirmişdi. Eks-prezident özünü Amerikanı xilas edə biləcək yeganə şəxs adlandırıb: “Belə olan halda üçüncü dünya müharibəsindən söhbət gedə bilməz”. Tramp Baydeni “Amerika demokratiyasının məhvedicisi” adlandırıb: “Co Bayden Amerika demokratiyasının müdafiəçisi deyil. Co Bayden Amerika demokratiyasını dağıdan şəxsdir. Onun adamları Amerika xəyalını məhv ediblər. Onların vəzifədə olması ilə Amerika arzusu ölüb”.

Bunlara cavabında ABŞ prezidenti Co Bayden bildirib ki, sələfi Donald Tramp ölkəsi üçün təhlükədir: "Tramp artıq niyyətini gizlətmir. O, sadəcə olaraq aqressiv bəyanatlar verir. Tramp özünün təyin etdiyi məhkəmə tərəfindən adam öldürdüyü faktını belə söyləməkdən qürur duyur, ədalət məhkəməsindən xilas olmaq üçün yenidən seçkilərə qatılır. Tramp və onun Respublikaçılardan ibarət komandası Amerika demokratiyasını məhv etməkdə qərarlıdır”. Bayden Trampı Avropa və bütün dünya üçün də təhdid adlandırıb. Bu arada “Politico” qəzeti yazır ki, Tramp hələ 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə təkbətək söhbətində qorxulu açıqlamalar verərək deyib: “Avropa İttifaqına hücum edilərsə, ABŞ ona kömək etməyəcək. Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizin köməyinizə gəlməyəcəyik və sizə dəstək verməyəcəyik”. Baydenin seçki qərargahı bu fikirlərinə görə Trampı tənqid edib. Bayden kampaniyasının rəsmisi Ammar Moussa “Politico”ya deyib: "Onun məqsədlərinə çatmazsa, müttəfiqlərimizi tərk edəcəyi fikri, Donald Tramp haqqında artıq bildiklərimizi bir daha vurğulayır: onu maraqlandıran yeganə şəxs özüdür". Demokrat prezidentin qərargahının əməkdaşının fikrincə, amerikalılar Trampı yenidən seçməməlidirlər, çünki onun NATO-nu zəiflətməklə bağlı hədələri və “Rusiya prezidenti Vladimir Putinlə isti davranışları” ABŞ-ın milli təhlükəsizliyinə və Vaşinqtonun dünya səhnəsindəki nüfuzuna xələl gətirmək riski daşıyır. Beləliklə, ABŞ tarixində bu il keçiriləcək 60-cı prezident seçkiləri görünməmiş yeniliklər vəd edir. Əvvəllər heç vaxt ölkənin iki böyük partiyasından birinin aparıcı namizədi namizədliyinə qadağa qoyulacağı ilə hədələnməmişdi. Əvvəllər heç vaxt prezidentliyə aparıcı namizəd çoxsaylı cinayət təqibinin hədəfi olmayıb. Əvvəllər heç vaxt belə bir namizəd seçki kampaniyası aparmalı və eyni zamanda iki məhkəmə prosesində potensial cavabdeh olmalı olmayıb. Əvvəllər heç vaxt prezidentliyə aparıcı namizəd öz cinayət təqibindən əsas kampaniya arqumenti kimi istifadə etməyib. Belə bir namizəd əvvəlki seçkilərdə aşkar məğlubiyyətə baxmayaraq, öz qələbəsində israrlı olmaq və məğlubiyyəti etiraf etməmək üçün heç vaxt belə tükənməz əzm nümayiş etdirməyib. Minnesota Universitetinin politoloqu Larri Ceykobs  qeyd edir ki, indi Amerikanın yandırılmış qoruyucu ilə barıt çəlləyinin üstündə oturduğu hissi var: “Son bir neçə ay ərzində aparılan ictimai rəy sorğularına görə, Tramp təxminən Baydenlə bərabərdir və ya bəlkə də bir az irəlidədir. İnsanlar Trampı sevdiyi üçün yox, Bayden çox populyar olmadığı üçün belə nəticə var. Ona görə də Trampın 2016-cı ildə olduğu kimi seçkilərdə qalib gəlmə şansı var. Düşünürəm ki, belə bir nəticənin olma ehtimalı bəzi insanların düşündüyündən bir qədər aşağıdır. Çünki ilk növbədə, Tramp cinayət işi üzrə mühakimə olunarsa, sorğular göstərir ki, bu ona zərər verə bilər. İkincisi, son bir neçə ayda ictimaiyyətin diqqətinin böyük hissəsi İsraillə HƏMAS arasındakı müharibə nəticəsində Trampdan yayınıb. Lakin seçki ciddi şəkildə başlayanda diqqət Trampa qayıdacaq”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031