MDB PA-nın Azərbaycanda seçkilərində müşahidəçilərinin koordinatoru təyin olunub
Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının (PA) Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Qazaxıstan parlamentinin Senat sədrinin müavini Jakıp Asanov təyin olunub.
Trend xəbər verir ki, müvafiq sərəncam MDB Parlamentlərarası Assambleyanın sədri, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko imzalayıb.
J.Asanovun namizədliyini Qazaxıstan parlamentinin Senatı irəli sürüb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.