"Qərbin xoşuna gəlməyə çalışarkən absurdlaşmaq lazım deyil" - Zaxarovadan erməni deputata cavab...
Qərbin xoşuna gəlməyə çalışarkən absurdlaşmaq lazım deyil. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə erməni deputat Sarkis Xandanyanın Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqton və Brüsseldə daha çox legitimliyə malik olması ilə bağlı açıqlamalarına fikir bildirərəkən deyib.
"Cənubi Qafqazda həqiqətən dayanıqlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illər ərzində imzalanmış kompleks üçtərəfli bəyanatlardır. Vaşinqton və Brüssel onları ya birbaşa kopyalayıb, ya da öz konyuktura maraqlarına uyğun şəkildə dəyişiblər", - o deyib.