ABŞ Ukraynaya göndərdiyi silahların qaçaqmalçıların əllərinə keçə biləcəyindən narahatdır...
“The New York Times” yazır ki, ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardım pis idarə olunub. Qəzet yazır ki, ABŞ-ın Müdafiə Nazirliyinin Baş Müfəttişinin hesabatında amerikalı rəsmilər və diplomatların cəbhə bölgəsinə göndərilən 40 minə yaxın silahın qeydiyyatını tez və ya tam apara bilmədikləri qeyd edilib.
Məqaləyə əsasən, ABŞ-ın Ukraynaya göndərdiyi bir milyard dollardan artıq dəyəri olan raketlər, “kamikadze” PUA-ları və gecəgörmə eynəklərinin Amerika rəsmiləri tərəfindən müvafiq şəkildə idarə edilməsi mümkün olmayıb və bu onların oğurlanmış və ya qaçaqmalçıların əllərinə keçə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Keçən ilin iyun ayına olan göstəricilərə görə, ABŞ Ukraynaya təxminən 10.000 “Javelin” tank əleyhinə raket, 2.500 “Stinger” yer-hava tipli raket, 750 “Kamikaze” PUA, 430 orta mənzilli “hava-hava” tipli raket və 23.000 ədəd gecəgörmə eynəkləri tədarük edib. ABŞ, həmçinin, hətta raketlər atıldıqdan sonra belə anbarda saxlanmalı olan “Javelin” və “Stinger” üçün buraxılış qurğuları da tədarük edib.
Hesabatda həmçinin yazılıb ki, silahların ABŞ-ın Polşadakı hərbi logistika mərkəzinə və ya daha sonra Ukrayna cəbhəsinə təhvil verildikdən sonra səhv istifadə edildiyinə dair heç bir sübut yoxdur.
TAHİR