ABŞ Ukraynaya hərbi yardımı dayandırdı...
Rusiyaya qarşı müharibədə ABŞ-ın Ukraynaya yardımı dayandırılıb. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlayıb.
Kirbi qeyd edib ki, yardım paketi ilə bağlı danışıqlar Vaşinqtonda davam edir və əlavə edib ki, Konqresin Ukraynaya yardım üçün davamlı maliyyələşdirməni təsdiq etməsi vacibdir.
“Bizim göstərdiyimiz yardım indi dayandırılıb. Rusların həyata keçirdiyi hücumlar getdikcə güclənir. Onlar öz çirkin işlərini görmək üçün Şimali Koreyanın ballistik raketlərindən istifadə edirlər. Beləliklə, xüsusilə qışda köməyə ehtiyac böyükdür” - Con Kirbi bildirib.
TAHİR