KÖHNƏ VERSİYA            

Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ Departamentinə müraciət etdi...

Image

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ Dövlət Departamentinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

"Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyir, bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Etiraz bəyanatımızın məramı Azərbaycan reallıqlarına istinadən obyektiv mövqe ifadə etməkdir.

Azərbaycanda hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk.

Əfsuslar olsun ki, beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir. Burada diqqət çəkən məqam bundan ibarətdir ki, bir il öncə — 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndində ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir.

Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyildir. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır.

Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən biz cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik. Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımız və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur.

Qeyd olunmalıdır ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-ünün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərlə bərabər xristian məbədləri və digər bölgələrdəki qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır. Təəccüblüdür ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz “qara siyahısı”na daxil etməmişdir. 2022-ci il hesabatında qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Assambleyasında onilliklər ərzində Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktlarına hüquqi qiymət verilməsi, UNESCO-nun regionda mədəni irsin qorunması məsələlərinin qiymətləndirilməsi və məsləhətləşməsi üzrə müstəqil, şəffaf missiyasını dəstəkləməyə çağırmış, lakin nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ də cavab verməmişdir.

Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır.

Hesabat tərtib edənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın dinlərarası mühitini, dini vəziyyətini izləmək üçün həyata keçirilən gündəlik tədbirlərdə iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmək lazımdır. Əminik ki, diplomatik korpus nümayəndələrinin azad olunmuş Şuşaya və s. şəhərlərinə çoxsaylı səfərlərində amerikalı diplomatlar da iştirak etsəydilər orada məscidlərlə yanaşı xristian və digər dinlərə məxsus məbədlərin necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər vasitəsilə deyil, dost səfərləri ilə öyrənmək saxta, məkrli erməni qarayaxmalarının təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi.

ABŞ dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir.

Aşkar faktdır ki, Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını işğaldan qurtardıqdan və 2023-cü ildə öz qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin önündə gedir, aktiv şəkildə nifrət çağırışları ilə etnik dözümsüzlüyü təşviq edir, aqressiv sepratizmi dəstəkləyirlər. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir.

Hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı əsassız iddiaları, o cümlədən həqiqəti əks etdirməyən uydurma “statistikanın” müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə daxil olunmasını qeyri-etik və təxribat hesab edirik. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr və dini amildən fəal istifadə edən dairələr tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyir, bu manipulyasiya hallarına son qoymağa çağırırıq. ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik:

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Arximandrit Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri".







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031