ABŞ ərəb ölkələrini husilərə qarşı koalisiyaya qoşulmağa razı sala bilmədi...
ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə səfəri zamanı ərəb ölkələrini, o cümlədən, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanını Yəməndəki "Ənsar Allah" hərəkatına (husilər) qarşı beynəlxalq koalisiyaya qoşulmağa razı sala bilməyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, ABŞ-nin "husilərə qarşı xüsusən vacib tərəfdaş" hesab etdiyi BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatların bərpasını dəstəkləməkdə maraqlı deyil. Misir və Qətər də bu əməliyyatlara qoşulmaq niyyətində deyil, çünk bu, Yaxın Şərqdəki münaqişədə İsrail və onun Qərb tərəfdaşlarının tərəfində çıxış etmək kimi görünə bilər.
KİV yazır ki, regional tərəfdaşlar tərəfindən dəstəyin olmaması ABŞ-nin husilərə qarşı istər döyüş meydanında, istərsə də ritorika baxımdan istənilən planlarını poza bilər. Yaxın Şərq ölkələrindən Vaşinqtonun husilərə qarşı koalisiyasına yalnız Bəhreynin qoşulduğu deyilir.