Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edildi
Riad Qasımov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edilib.
Bu barədə məlumatı Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təsdiq ediblər.
Qeyd olunub ki, o, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.
Xatırladaq ki, 1977-ci ildə anadan olan Riyad Qasımov 2013-2017-ci illərdə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub. 2010-13-cü illərdə isə "Turkapital Holding B.S.C” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində çalışıb. 2009-10-cu illərdə Küveyt-Azərbaycan İnvestisiya Şirkətində, 2006-2009-cu illərdə isə Azərbaycan İnvestisiya Şirkətində işləyib. Riyad Qasımov əmək fəaliyyətinə 22 yaşında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsiylə başlayıb. 2006-cı ildə isə - 29 yaşında İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri təyin olunub.