Qəzzadakı hadisələrə görə ABŞ da Beynəlxalq Məhkəməyə verildi...
İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrika Respublikası, "İsrailin soyqırımını dəstəklədiyi" üçün ABŞ-a qarşı iddia açılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ABŞ-ın Beynəlxalq Ədalət Məhkəməsində "soyqırım"da ittihamı olunan İsraili dəstəklədiyini və bu ölkənin Qəzzada "soyqırım" törətmədiyini bildirib.
Oktyabrın 7-də HƏMAS-ın hücumlarından sonra İsrailin Qəzzaya hücumlarına qeyd-şərtsiz dəstək verən ABŞ BƏM-dəki “soyqırım” işində Tel-Əvivin yanında olduğunu açıqlayıb.
İsrailə qarşı "soyqırım" ittihamlarının əsassız olduğunu düşündüklərini deyən Kirbi, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar zamanı mülki insanlara zərər verməmək və mülki itkiləri azaltmaq mövzusunda daha həssas olması gərəkdiyini dəfələrlə ifadə etdiklərini, lakin Qəzzada "soyqırım" olduğuna inanmadıqlarını vurğulayıb.
İsrailin məhkəmə tərəfindən cəzalandırılacağı təqdirdə ABŞ-ın buna uyğun hərəkət edib-etməyəcəyinə gəlincə Kirbi, hələ baş verməmiş bir hadisə ilə bağlı şərh verməyəcəyini deyib.
Qeyd edək ki, BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, bir dövlət konvensiyanın maddələrini pozarsa, konvensiyaya qoşulan istənilən başqa bir dövlət onu pozan dövlətə qarşı BƏM-də iddia qaldıra bilər.
TAHİR