Qırğızıstanda hakimiyyət çevrilişi planlaşdıran dəstə ifşa edildi - saxlananlar var...
Qırğızıstanda hakimiyyət çevriliş planlaşdıran dəstəyə qarşı əməliyyat keçirildiyi. Bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.
Əməliyyat çərçivəsində iğtişaş törətməyə hazırlaşdığı iddia edilən iki nəfər saxlanıb. Bildirilir ki, saxlananlardan biri ABŞ-da bəzi şəxslərdən pul transferi planlaşdırırmış.
Qeyd edilir ki, barələrində “hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaq” ittihamı ilə axtarış qərarı çıxarılan İmamidin Taşov və Tilekmat Kurenovun saxlanılan şübhəlilərə əlaqəsi olub. Şübhəlilər hətta hakimiyyət çevrilişini birbaşa Taşovun maliyyələşdirdiyini deyiblər.
Əməliyyat çərçivəsində Taşovun yaşadığı evlərdə axtarışlar aparılıb, lüks avtomobillər, pul və qızıl-zinət əşyaları ələ keçirilib.
Qrupa qarşı araşdırmaların davam etdiyi bildirilib.
Qeyd edək ki, İmamidin Taşov mülk sahiblərinin şikayəti əsasında 2023-cü ilin noyabrında Komitə tərəfindən saxlanılıb və dekabrda zaminə buraxılıb. 2021-ci il prezident seçkilərində namizəd olan Taşov yanvarın 9-na keçən gecə yayımladığı videoda təhlükəsizlik qüvvələri ilə bağlı müxtəlif iddialar səsləndirərək, hökumət üçün “həddini aşdınız” ifadələri işlədib.
Komitə Qırğızıstanda tikinti şirkətinin sahibi olan Taşov barəsində axtarış elan edib.
Axtarışda olan Tilekmat Kurenov isə qanunsuz nümayiş təşkil etməkdə ittiham olunaraq saxlanılıb və oktyabrda azadlığa buraxıldıqdan sonra ölkəni tərk edib.
TAHİR