İranın husilərə Xəzər sahilində döyüş təlimi keçdiyi ortaya çıxdı...
İsrail-Həmas müharibəsinin başlaması ilə Yəməndə İranın dəstəklədiyi husilər dünya ticarətində çox mühüm nöqtədə olan Süveyş kanalının keçidinə böyük təhlükə yaratmağa başladı.
Bölgədən keçən ticarət və hərbi gəmilər hədəf alan husilər bir neçə gün əvvəl İsraillə Həmas arasında müharibə başlayandan bəri ən böyük hücumu həyata keçiriblər. ABŞ və İngiltərə donanmalarına PUA-larla hücum edən yəmənli döyüşçülər Amerika gəmilərinə zərər verə bilməsələr də, Britaniya gəmilərini vurmağı bacarıblar. Hücum zamanı Britaniya gəmisinə ziyan dəyib. İngilis və ABŞ rəsmiləri ayrı-ayrı açıqlamalarında artıq husilərə cavab verəcəklərinə işarə ediblər.
Bu gün səhər saatlarında isə ABŞ və Britaniya Yəməndəki husi hədəflərinə havadan və dənizdən hücum ediblər. Yəmənin paytaxtı Sana, Huveyda və Taiz şəhərlərində bir çox nöqtədə partlayış səsləri eşidilib. Amerika rəsmiləri husilərin hədəflərinin Tomaqavk raketləri və donanma gəmilərindən atılan döyüş təyyarələri ilə vurulduğunu bildirib.
Bu arada, “Teleqraf” qəzeti Yəmənin bəzi bölgələrinə nəzarət edən İran İnqilab Keşikçiləri Korpusunun husilərə hücum təlimi keçdiyi yazıb. İranın şəxsən hazırladığı döyüşçülərin sayının yüzlərlə olduğu bildirilir. “Teleqraf” həmçinin Britaniya və ABŞ gəmilərinə hücum edən döyüşçülərin də İranın təlim keçdiyi döyüşçülər olduğunu iddia edib.
İranı husilərə qabaqcıl silah sistemləri verməkdə ittiham edən ABŞ rəsmiləri də husilərin hücumlarını İranla birlikdə planlaşdırdığını iddia edirlər.
İran mənbələrinin qəzetə verdiyi məlumata görə, husi döyüşçüləri Xəzər dənizinin sahilində yerləşən Zibada 6 ay boyunca təlim keçiblər.
Husilər üçün ilk dəniz elmi və texnologiya kursu 2020-ci ilin yanvarında başlayıb. Qeyd edilir ki, kəşfiyyat məlumatlarının sızmasının qarşısını almaq üçün husilər digər əsgər və tələbələrdən ayrı saxlanılıb.
Hərbi ekspertlər İranın bu gedişlə Yaxın Şərqdə müharibəni genişləndirməyə çalışdığını bildirirlər.
TAHİR