KÖHNƏ VERSİYA            

İsrail Livanda əməliyyatlara başlayır - ABŞ və İran isə müdaxiləyə hazırlaşır...

Image

Yaxın Şərqdə hadisələrin inkişafı daha qanlı xarakter almaqdadır. Belə görünür ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları tezliklə Livanı da əhatə edəcək. Bu da Livanın, əsas etibarı ilə də “Hizbullah” qruplaşmasının savaşa daxil olması deməkdir. Amma məsələnin maraqlı tərəfi ABŞ və İranın da bu halda müharibənin iştirakçısı olacaqları ilə bağlıdır.

Qeyd edək ki, İsrail Baş Qərargah rəisi Herzi Halevi ordunu Livanda da hərbi əməliyyatlara hazır olmağa çağırıb. Hərbçilərə müraciətində o deyib: “İsrail hərbçilərinin Livanda məhv edə bilməyəcəyi yer yoxdur. Necə ki, Qəzzada məhv edə bilməyəcəyimiz bir kilometr belə yoxdur, eyni şəkildə də Livana daxil olub yox edə bilməyəcəyimiz dayanıqlı yer yoxdur. Sizi lazımi yerlərə yerləşdirəcəyik, siz də tapşırıq üzrə onu icra edəcəksiniz”. “Hizbullah” baş katibinin köməkçisi Naim Qasım bildirib ki, İsraillə savaşa hazırdırlar: “Biz müharibəni genişləndirmək niyyətində deyilik. Livan “Hizbullah”ı müharibəni genişləndirmək niyyətində deyil, lakin İsrail müharibəni genişləndirmək istəsə, “Hizbullah” bunun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görəcək və maksimum reaksiya göstərəcək”. Qeyd edək ki, Naim Qasım bu açıqlamanı “Hizbullah”ın İsrail hərbi bazasına dron hücumundan sonra edib və bunu İsrailin Livandakı son hücumlarına verilən cavabın bir hissəsi adlandırıb. Bu arada “Hizbullah” hərəkatının hərbi hava qüvvələri komandiri, son aylarda İsrailin şimalında çoxsaylı pilotsuz təyyarə hücumlarına cavabdeh olan Əli Hüseyn Barci öldürülüb. Ardınca İsrail ordusu “Hizbullah” qruplaşmasının komandiri Naber əl-Qədrini məhv edib. O, Livanın cənubuna hava zərbələri nəticəsində öldürülüb. Naber əl-Qədrininin “Hizbullah”ın səhra komandiri olduğu bildirilib. Bundan başqa, “Hizbullah”ın “Rizvan” xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Hac Cavad ət-Tavil İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb. Livanlı politoloq Həsən əl-Dürr bildirib ki, İsrailin “Hizbullah” hərəkatının səhra komandirlərini öldürməsi Livanda qarşıdurmanın yeni mərhələsinin başlanğıcından xəbər verir. Ekspert yeni mərhələ dedikdə, yerli əməliyyatları və “Hizbullah” komandanlığı və HƏMAS hərəkatının üzvlərinin məqsədyönlü şəkildə məhvini nəzərdə tutduğunu qeyd edib: “ABŞ Qəzza zolağında ilk atəşkəs başa çatdıqdan sonra bu mərhələyə keçidi müdafiə edərək, İsrailə əvvəlcə Qəzzanı yenidən işğal etməyi, sonra isə bufer zonanı tərk edərək geri çəkilməyi və yerli əməliyyatlara və məqsədyönlü qətllərə keçməyi tövsiyə etdi". Türkiyəli ekspert Ardan Zentürk baş verənlər fonunda qeyd edir: “Əgər İsrail yeni bir cəbhə açıb “Hizbullah” ilə müharibəyə başlayarsa və  hadisələr 2006-cı il Beyrut müharibələrinin daha böyük bir versiyasına dönərsə, İsrail çıxılmaz vəziyyətdə qalacaq. Nəticədə Amerika da daxili siyasi sistemi və bağlı olduğu lobbi təşkilatlarının təzyiqi nəticəsində özünün də bu müharibəyə daxil olmaq məcburiyyətini dərk edir. ABŞ İsrailin mövcud vəziyyətdə iki cəbhədə vuruşmaq qabiliyyətinin olmadığını bilir. İsrail “Hizbullah”la döyüşdə  məğlub olarsa, Amerika ordusunun vəziyyətə müdaxiləsinin son çarə olduğunun da fərqindədir. Ona görə də ABŞ növbəti cəbhəsinin açılmaması üçün, lazım gələrsə, İranla müzakirə masasına belə otura biləcəyi siqnalını verir”. O, ABŞ rəsmisi Entoni Blinkenin Yaxın Şərq ölkələri səfərinə diqqət çəkib: “Amerika müharibə tərəfi olmaq üçün həm İsraili “Hizbullah” məsələsində yumşaltmağa çalışır, həm də bütün ərəb ölkələrini İranla ortaq məxrəcə gələrək, münaqişənin Qəzza da daxil olmaqla, bütün regionda tez zamanda bitməsini istəyir”. Lakin İsrail fərqli düşünür.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin “Hizbullah”la müharibəyə hazır olduğunu bildirib. Netanyahu vurğulayıb ki, İsrail “Hizbullah”la müharibə etmədən bölgədə təhlükəsizliyi bərpa etməyə üstünlük verir: “Lakin savaşa da hazırıq”. Bunlar fonunda İsrail ordusu “Hizbullah” hərəkatının Livanda yerləşən obyektlərini atəşə tutmaqda davam edir. Elə bu günlərdə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkatın Mərvahina rayonundakı hərbi kompleksini və Ayta-əş-Şəb rayonundakı raket qurğusunu, həmçinin digər infrastruktur obyektlərini bombardman edib. Eyni zamanda, İsrail ordusuna məxsus zərbə PUA-ları yəhudi dövlətinin nəzarətində olan ərazilərə atəş açmaq üçün istifadə edilən artilleriya qurğusuna, helikopterlər isə tank əleyhinə raket mövqelərinə zərbə endirib.  İsrailin sabiq müdafiə naziri Benni Qantz qeyd edir ki, İsrail lazım gələrsə, "Hizbullah"la daha geniş hərbi toqquşmaya girə bilər. Onun sözlərinə görə, İsrail Qəzza zolağında vəziyyətin siyasi həllində maraqlıdır. Lakin bu baş verməzsə, İsrail dövləti və İsrail Müdafiə Qüvvələri təhdidi aradan qaldıracaq. İsrailin təhlükəsizliyinin prioritet olduğunu deyən Qantz İsrail hərbi kabinetinin də eyni mövqedə olduğunu bildirib. Bu fonda İran “Hizbullah” hərəkatının İsrailə qarşı daha sərt addımlar atmasını istəyir. Məhz bu vəziyyətdə ABŞ-ın prosesə hərbi müdaxiləsi daha geniş miqyas ala bilər.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031