KÖHNƏ VERSİYA            

Qafqazda Makronun ağzından vuran ölkə var...

Image

Azərbaycan prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, səsləndirdiyi fikirlər dünya mediasının, ekspert dairələrinin də diqqət mərkəzində yer alır. Müsahibənin təhlili üzrə gəlinən əsas nəticələrdən biri də bundan ibarətdir ki, Azərbaycan artıq geosiyasi güc mərkəzlərindən birinə çevrilir, onun təsir dairəsi Cənubi Qafqaz sərhədlərindən kənara çıxmağa başlayır.

Rusiyalı politoloq Sergey Markov da məsələyə qeyd olunan prizmadan nəzər salır. O qeyd edir ki, Azərbaycan prezidentinin müsahibəsində olduqca maraqlı məqamlar var. Xüsusilə də Ermənistan və Fransa haqqında: “Fransa hazırda Ermənistanı silahlandıran, ruhlandıran, bu ölkəyə hərbi təlim keçən və onu yeni müharibəyə hazırlayan ölkədir. Bu fonda prezident Əliyevin bu sözlərini dinləməyə dəyər. Əslində bu o deməkdir ki, Ermənistan indi Fransanın müttəfiqinə çevrilib, Fransa isə Rusiyanın düşmənidir. Buna gözümüzü yuma bilmərik. Əks halda Ermənistan ikinci kiçik Ukraynaya çevriləcək. Bakı bu yaxınlarda fransız casusunu həbs etdi. Eyni zamanda, hər iki ölkə bir-birinin bir neçə diplomatını ölkədən çıxarıb. Azərbaycan getdikcə daha çox Rusiyanın təkcə dostuna deyil, həm də əslində müttəfiqinə çevrilir”. Markov onu da qeyd edib ki, Azərbaycan prezidentindən sonra Amerikanın “Voll Strit Jurnal” qəzeti də Fransaya zərbə vurur: “Qəzet Fransanın niyə Afrikadan qovulmasına dair böyük bir araşdırma aparıb. Səbəblərdən biri şəxsən Makrondur, onun hər çıxışı sadəcə olaraq fəlakətli nəticələr verir. Makron uğursuz və təkəbbürlə zarafat edir. Makron və Fransa yalançı hesab olunur. Makron hər zaman demokratiyadan danışır və eyni zamanda açıq-aydın çox antidemokratik və korrupsioner siyasi liderləri dəstəkləyir. Ümumiyyətlə, Makron Fransanı böyük Rusiyanın düşməninə çevirdi, Afrikada özünü biabır etdi və indi də Ermənistan vasitəsilə Qafqaza soxulur. Yaxşı ki, Qafqazda Makronun ağzından vuran var”. Burada qeyd edək ki, Azərbaycan son aylarda tez-tez Fransanı regionda qərəzli və militarist siyasət yürütməkdə tənqid edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanı həm də Azərbaycanofob və anti-Azərbaycan mövqedə günahlandırıb. O qeyd edir ki, iki ölkə arasında münasibətlərin mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir. Ötən ilin sonunda Azərbaycan Fransanın iki diplomatını arzuolunmaz şəxs elan edərək 48 saata ölkədən çıxmasını tələb etdikdən sonra, Fransa da cavab olaraq, Parisdəki iki azərbaycanlı diplomata qarşı eyni addımı atmışdı. Azərbaycandan fərqli olaraq, Fransa heç bir dəlil olmadan iki azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib. Rəsmi Bakının fransız diplomatlarla bağlı dekabrın 26-da verdiyi qərardan bir neçə gün əvvəl Fransanın ölkəmizdəki casus şəbəkəsi ifşa olunub. Onu da xatərladaq ki, hələ 2022-ci ildə Fransa prezidenti Emmanuel Makronun “France-2” telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğuldur. Prezident İlham Əliyev fransalı həmkarının sözlərini təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli adlandırıb və bununla da Fransanın özünü Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirib. Rəsmi Bakı Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini risqə atan qərəzli hərəkətlərə yol verdiyini və hərbiləşdirmə siyasəti apardığını əsas gətirərək İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi. Ötən ilin oktyabrında Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda destruktiv fəaliyyət kimi qiymətləndirmişdi.

İndi maraq doğuran odur ki, iki ölkə arasında gərginlik hansı həddə qədər arta bilər. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov BBC-yə açıqlamasında qeyd edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır. Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini Azərbaycana qarşı təxribatların təşkilinə yönəldib: “İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq”. Ancaq Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da  bildirib ki, Azərbaycan heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub. O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə  ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, onda hansısa rəylər və proqnozlar vermək mümkün olar. Fransanın “L’Opinion” nəşri isə yazır ki, Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir: “Rayan Fransanın Bakıdakı səfirliyində işləyən, Azərbaycan tərəfindən rəsmi statusuna uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub. Sözügedən səfirlik əməkdaşları Rayanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə məcbur edib, ondan təhlükəli oyunlarında istifadə ediblər. Bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsi müşahidə olunur. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən onun İrəvana silah və texnika tədarükünü davam etdirməsini, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək cəhdlərini qınayan ifadələr səsləndirir: “Nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı. Bundan başqa, o öz davranışı ilə Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031