KÖHNƏ VERSİYA            

Daha 5 şəhərə Böyük Qayıdış başladı...

Image

Fatimə Hacıbəyli: “Qarabağda aparılan yenidənqurma, quruculuq işlərinin əhatə dairəsi gündən-günə genişləndirilir”

Azərbaycan öz torpaqlarını azad etməklə dayanıqlı sülhə, tərəqqiyə əsaslanan, bir çox ölkələrə nümunə olan, irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. 

2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”dır. “Böyük Qayıdış” çərçivəsində, yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu il daha böyük sayda keçmiş köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. 

“…bundan sonra Qarabağın xoşbəxt günləri başlayır” 

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “BAkı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin Qarabağda fəaliyyəti təkcə bərpa-quruculuq prosesləri ilə bitmir: “Dövlətin qarşıya qoyduğu məqsədlər bir tərəfdən təhlükəsizlik problemlərinin həlli, ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən dağılmış iqtisadiyyatın bərpası, yeni iş yerlərinin yaradılması və insanların sosial müdafiəsinin gücləndirilməsidir. 44 günlük  Vətən müharibəsindən sonra Qarabağda gecə-gündüz quruculuq işləri gedir. Cari il ərzində şuşalılar da öz doğma torpaqlarına, yurdlarına geri dönəcək. Şuşa o şəkildə bərpa olunur ki, Azərbaycan xalqının tarix boyu arzu və istəyi Şuşanı Qarabağın incisi kimi görmək olub. Bu gün o arzu və istək yerinə yetirilir. Demək olar ki, Ali Baş Komandan mütəmadi olaraq bu ərazilərdə olub. Həm abidələrin bünövrəsinin qoyulmasında, həm də ki, açılışlarında iştirak edir. Bütün bunlar onu göstərir ki, Şuşa ilə bağlı nəzərdə tutulan proqram uğurla yerinə yetiriləcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Kəlbəcərdə geniş quruculuq bərpa işləri icra edilir: “Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Həmçinin, yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Ümumiyyətlə, cənab Prezidentin Kəlbəcərə səfəri burada bir sıra açılışların edilməsi təməlqoyma mərasimləri qısa zamanda bu bölgəmizin də Azərbaycanın ümumi ahənginə uyğun inkişaf edəcəyinə tam əminlik yaradır. Kəlbəcərlilərin isə amalı qısa zamanda cənab Prezidentin rəhbərliyi ilə yenidən canlanan Kəlbəcərə qayıdıb burada əbədi, xoşbəxt yaşamaqdır”.

Birlik sədrinin sözlərinə görə, Qarabağda aparılan yenidənqurma, quruculuq işlərinin əhatə dairəsi gündən-günə genişləndirilir. Bu il ərzində cəbrayıllıların öz ata yurdlarına geri dönüşü mümkün olacaq: “Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub. Ermənistanın işğal siyasətinin mahiyyəti olaraq 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdı. Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistan bunun əbədi davam edəcəyini düşünürdü. Amma şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və buranın əsl sahibləri Azərbaycan xalqıdır. 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri ilə Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, Artıq bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı qürurla dalğalanır. Ölkəmizin başçısı bu il ərzində Xankəndi sakinlərinin də öz evlərinə qayıdacağını bildirib. Bu olduqca qürurverici və tarixi bir məlumat idi, Azərbaycan xalqı uzun on illiklər bayramlarda məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı arzusu ilə yaşayıb. Artıq xalqımızın bu arzuları çin oldu.

Xocalı sakinləri də  Xocalıda yenidənqurma işlərinin yekunlaşmasını səbrsizliklə gözləyir. Bu qayıdış gec olmayacaq. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq göstərərək bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Sözsüz ki, Azərbaycan ərazisində uzun müddət kök salmış terror yuvasının məhv edilməsi, birdəfəlik yox olması hər birimiz, dünyada yaşayan azərbaycanlılar üçün qürurverici hadisə oldu. Xatırladım ki, Prezident İlham Əliyev müraciətində bu müjdəni də çatdırdı ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaq, o cümlədən  Xocalı sakinləri də”. 

F.Hacıbəyli son olaraq bildirdi ki,  Qarabağın əzablı və çətin günləri nə qədər olubsa, bundan sonra isə Qarabağın xoşbəxt günləri başlayır. Bu xoşbəxt günlərin qurucusu Azərbaycan xalqıdır və Azərbaycan xalqını yumruq şəklində birləşdirən Ali Baş Komandanımız İlham Əliyevdir.  

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031